Facebook o qədər məşhurdur ki, insanlar dara düşəndə birinci facebook-dan kömək istəməyə başlayırlar.Artıq polis ikinci sıraya keçib.
Avstraliyada qəribə bir hadisə baş verib. Cənubi Avstraliyada yaşayan iki kiçik qız, 10 və 12 yaşında meşədə gəzərkən yollarını azıblar və xəndəyə düşüblər.Cib telefonları yanlarında olduğundan işləri bir az yüngülləşib.
Qızlar Avstraliyada təcili vəziyyətlər üçün axtarılması lazım olan 000 nömrəsini yığmaq əvəzinə Facebook-a girib səhifələrində meşədə itdiklərini və xəndəyə düşdüklərini yazıblar. Qızların dostlarından biri həmin vaxt Facebook-da olub və mesajı görüb, əvvəl ciddiyə almasa da, qızlara zəng etməyə qərar verib. Xilasedici dəstələrə zəng edərək qızların imdadına yetişib. Xilasedicilər qızların olduğu yeri təsbit edərək, onları qurtarıblar. Əhvalatdan da aydın olur ki, Facebook polislərdən daha da öndədir.İnsanlar Facebook-a ciddi yanaşırlar və real həyatlarını on-line səhifələrinə köçürməyə öyrəşiblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri