Google Street View bu dəfə polisin işinə yardımçı oldu

31-01-2009 / 14:49

  Çox vaxt tənqid atəşinə tutlan Google Street View bu dəfə polisin işinə yardımçı oldu...

  Məhkəmə tərəfindən vəlayəti qoruyucu ailəyə verilmiş olan Natalie Maltais adlı 9 yaşındakı kiçik qızın keçdiyimiz günlərdə qaçırılması, ABŞ-da təhlükəsizlik güclərini hərəkətə keçirdi. Natalienin nənəsi, qanuni haqqını istifadə edərək nəvəsini həftə sonu üçün qoruyucu ailədən götürmüşdü, lakin daha sonra ailəyə kiçik qızı geri gətirməyəcəyini söyləyincə ailə vaxt itirmədən polisə müraciət etdi. Polis Natalienin böyük anası Rose Maltais ilə əlaqə saxladı,lakin nənə qızı geri qaytarmaqdan imtina etdi,bu halda polis təşkilatı hərəkətə keçdi.

  Polisin itkin qızı tapmaq üçün ən böyük köməkçisi texnologiya oldu. Əvvəl cib telefonu siqnalının arxasına düşən polis, telefon hər istifadə edildiyində yerini təsbit etmək üçün məhkəmə qərarı çıxartdı. Lakin cib telefonu siqnalı qızın yalnız təxminən yerinin təsbit edilməsini təmin edirdi. Təxminən yeri təsbit etdikdən sonra isə təhlükəsizlik qüvvətləri Google Mapsda ki küçə görünüşləri xüsusiyyətindən faydalanaraq təsbit edilən 300 metr diametrindəki bölgədə, qızın saxlandığı yeri axtarışa başladı və bölgədəki bir oteldən şübhələndi. Əməliyyat nəticəsində həqiqətən də Google Maps ilə təsbit edilən oteldə olan kiçik qız, Google-nin köməyilə xilas edilərək qoruyucu ailəsinə təslim edildi.

 

xeberler.az/Ellada

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə