Previous Next
Bağla

Facebook şəxsi mesajları oxuyan sistem istifadəyə verib

03-06-2016 13:30
Facebook şəxsi mesajları oxuyan sistem istifadəyə verib

Facebook şirkəti tərəfindən istifadəyə verilmiş Deep Text adlı süni intellekt sistemi səhifədəki yazıları və istifadəçilərin mesajlarını təhlil edəcək, həmçinin müxtəlif əməliyyatlar təklif edəcək.

Məsələn, istifadəçi öz səhifəsində qabyuyan maşının satışı barədə elan yerləşdirmək istəsə, Deep Text süni intellekt sistemi məhsulların satışı üçün nəzərdə tutulmuş xüsusi yazı tipi yaratmağı təklif edəcək.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Deep Text sistemi həm də Messenger  proqramında mesaj mübadiləsi üçün daha geniş imkanlar təklif edəcək.

Məsələn, əgər istifadəçi səfər etmək zərurəti haqqında yazsa, sözügedən süni intellekt sistemi bu məlumatı Facebook-un botuna ötürəcək və sonuncu istifadəçiyə taksi çağırmağı təklif edəcək.

Deep Text süni intellektinin əsas vəzifələrindən biri kontentin fərdiləşdirilməsidir. Facebook kompüter təlimindən istifadə etməklə  istifadəçilərin maraq dairəsini daha yaxşı anlamaq və onlara müvafiq kontent təklif etmək niyyətindədir.

Digər bir mühüm məsələ istifadəçiləri sosial şəbəkənin digər iştirakçılarının təhqir və aqressiv davranışından müdafiə etməkdir. Deep Text yalnız mətn mesajlarında deyil, həm də şəkillərdə aqressiyanı ayırd edə bilir.

Süni intellekt sistemi saniyədə 20 dildə bir neçə min yazını təhlil edə bilər. Məlumat üçün bildirək ki, hər saniyə Facebook  sosial şəbəkəsində təxminən 6700 yazı və 2100 şərh generasiya edilir.

Lakin yazışmaların robot tərəfindən oxunulması istifadəçilərin narazılığına səbəb ola bilər.

2016-cı ilin mayında mesajların tərkibinin oxunulması və sosial şəbəkə istifadəçilərinin bir-birləri ilə mübadilə etdikləri istinadların skan edilməsinə görə Facebook  şirkətinə qarşı kollektiv iddia qaldırılıb.

Mark Zuckerberg şirkəti süni intellektin öyrənilməsi üzrə bir neçə laboratoriya inşa edib. Üçüncü belə laboratoriya 2015-ci ilin iyununda Parisdə açılıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Şüurun insandan insana tam ötürülməsi üçün texnologiya kəşf ediləcək”

02-07-2015

Facebook-da hər şeydən xəbərdar olacaqsınız

27-10-2015

Facebook-dan daha bir yenilik

13-08-2015

Süni intellekt hüquqşünas vəzifəsini icra edəcək

13-05-2016

Facebook-dan yenilik

10-06-2016

Facebook saxta hesablarla bağlı xəbərdarlıq edəcək

23-03-2016

Facebook Messenger-də reklam dövrü başlayır

20-02-2016

Yaponiyanın Facebook-dan TƏLƏBLƏRİ

22-10-2018

AzInTelecom kibertəhlükəsizliyin qorunması üzrə müştərilərinə kompleks həll təklif edir

07-03-2019

Facebook uşaqlar üçün messencer təqdim edəcək

07-06-2017

Facebook-da boşluq istifadəçinin elektron ünvanını açıqlayır

27-12-2016

Parolları əvəz edəcək yeni autentifikasiya sistemi hazırlanıb

26-05-2015

Türkiyə Facebook-u cərimələyib

03-10-2019

Facebook daha bir yenilik edir

22-01-2018

WhatsApp-dan mesajların ələ keçirilməsi ilə bağlı rəsmi açıqlama

16-01-2017

Facebook jurnalistlərin işini asanlaşdırıb

18-09-2015

"Facebook" "Google" ilə əməkdaşlıqdan imtina etdi

01-06-2011

Aparıcı sosial şəbəkələrin adı açıqlandı

24-08-2015

Facebook Afrikada ilk ofisini açıb

30-06-2015

Facebook milyonlar itirdi-Statistika

13-04-2018

Facebook-da yeni dövr başlayır-Qaydalar

05-04-2018

Avstriyada 25 min istifadəçi Facebook-u məhkəməyə verib

10-04-2015

Facebook-dan daha bir yenilik

25-10-2015

IBM kibertəhlükəsizlik problemlərini süni intellektlə həll edəcək

18-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə