Facebook-dan yenilik

10-06-2016 / 11:07

Facebook-da şərh hissəsinə artıq video da əlavə edilə biləcək.

Facebook istifadəçilərin bundan sonra artıq platforma üzərindən mesajların şərh hissəsinə video da əlavə edə biləcəklərini açıqladı.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, bu təklif ilk dəfə Facebook-un təşkil etdiyi "50. Hackathon” ərəfəsində irəli sürülüb.

Facebook yeni funksiyası ilə istifadəçilərinin daha çox video paylaşımlarını təmin edəcək.

Qeyd edək ki, Cisco Visual Networking Index-in hesabatına görə, 2020-ci ildə internet istifadəsinin 82 faizini videolar  təşkil edəcək.

Bundan başqa, Mary Meeker-in 2016 İnternet trendləri hesabatına görə, Snapchat üzərindən izlənən video sayı 2016-cı ilin ilk rübündə Facebook-u keçib.

Bütün bunları nəzərə alan Facebook artıq şərh bölməsinə də mesajlar qədər videolar da yükləməyinizə şərait yaradacaq.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə