Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zuckerberqin 2012-ci ilin yekunları üzrə ümumi qazancı 2,27 milyard dollara yaxın olub.
Xəbərlər-in verdiyi məlumata görə, bu barədə GMI Ratings konsaltinq şirkətinin hər il tərtib etdiyi ABŞ-ın ən yüksək əməkhaqqı alan top-menecerlərinin reytinqində bildirilir.
M.Zuckerberq əmək haqqının məbləğinə görə ikinci yeri tutan Kinder Morgan şirkətinin (neft-qaz kəmərləri operatoru) icraçı direktoru Riçard Kinderi geridə qoyub. Ötən il R.Kinder 1,1 milyard dollardan çox gəlir əldə edib. Liderlər üçlüyündə Sirius XM Radio şirkətinin rəhbəri Mel Karmazin də yer alıb. O, il ərzində əldə olunan əməkhaqqının məbləğinə (təxminən 255 milyon dollar) görə M.Zuckerberq və R.Kinderdən xeyli geri qalıb.
Apple şirkətinin rəhbəri Tim Kuk illik 144 milyon dollarlıq əməkhaqqı ilə reytinqdə yalnız beşinci yeri tuta bilib. GMI Ratings nümayəndələrinin qeyd etdiyinə görə, ötən il ABŞ-ın nəhəng korporasiyalarının top-menecerləri rekorda imza atıblar. Yüksək əməkhaqqı alan 10 idarəedici hər biri ilk dəfə olaraq 100 milyondan, ikisi isə 1 milyarddan çox vəsait əldə edib.
Qeyd edək ki, Forbes jurnalı M.Zuckerberqin ümumi var-dövlətini 19 milyard dollar dəyərində qiymətləndirilib. Dünyanın 400 ən varlı adamı reytinqində Facebook təsisçisi 20-ci yeri tutur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri