Mark Zuckerberq ilk evini aldı

09-05-2011 / 00:12

Dünyanın ən gənc milyarderi Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zuckerberq, nəhayət ki, özünə ev alıb.

Xəbərlər-in verdiyi məlumata görə, 26 yaşlı milyarder 7 milyon dollar ödəməklə Kaliforniyanın Palo-Alto şəhərciyində ilk mənzilə sahib olub.

Crescent Park məhəlləsində yerləşən ikimərtəbəli evin sahəsi 522 kv. metrdir. Evdə 5 yataq otağı, 5 vanna otağı, qonaq otağı, musiqi otağı, mətbəx və bir neçə daş soba yerləşir. Evin 0,159 hektar ərazisində hovuz və kabab çəkmək üçün yer də var.

Mark Zuckerberq-in aldığı mülk 1866-cı ildə tikilib. Sonralar dəfələrlə yenidən qurulub və müasirləşdirilib. Bu, sonuncu dəfə 2007-ci ildə baş verib. Ev Facebook-un Menlo-Parkdakı yeni mənzil-qərargahı yaxınlığındadır.

Qeyd edək ki, Apple şirkətinin rəhbəri Stiv Cobs da Palo-Alto şəhərciyində yaşayır.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə