Bir müddət əvvəl məlumat verdiyimiz kimi, Facebook-un qurucusu Mark Zuckerberg Oculus şirkətinin günahlandırıldığı məhkəmədə hakim qarşısına çıxıb.
Xatırladaq ki, bir müddət öncə Facebook virtual reallıq texnologiyaları üzərində işləyən Oculus-u 2 milyard dollardan çox bir rəqəmlə (3 milyard dollara qədər) satın aldı və bu sahədə ciddi addımlar atacağını vurğuladı. Amma bu satınalmadan sonra Zenimax Media adlı şirkət Oculus-un onların texnologiyasını istifadə etdiyi iddiasıyla məhkəməyə müraciət etdi.
Belə ki, Zenimax adlı bir şirkət Oculus-un onun texnologiyasını istifadə etdiyi iddia etmişdi. Bu texnologiya oğurluğu üçün də köhnə işçisi John Carmack-ı (Oculus CTO-su) günahlandırmışdı. Almaq istədiyi təzminat məbləği isə toplamda 6 milyard dollara qədər qalxmışdı.
Məsələ ilə bağlı Mark Zuckerberg məhkəməyə çağrılıb və Oculus-u müdafiə edib.
ZeniMax-ın iddilarının əsassız olduğunu deyən Mark, Oculus məhsullarının Oculus texnologiyası üzərində hazırlandığına əmin olduqlarını vurğulayıb:
"Bu olduqca yayqın bir vəziyyətdir, böyük bir iş edəcəyinizi elan edəndə bəziləri çıxar və işin bir hissəsinin ona aid olduğunu deyər. Məhkəmədəki çox adam kimi mən də Zenimax-ı haqqında ilk dəfə eşidirəm”.
Lakin məhkəmin nəticəsi hər iki şirkətin istəyinə uyğun nəticələnməyib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, məhkəmə Oculus-un Zenimax-ın texnologiyasını oğurlamadığı, lakin John Carmack-ın gizli bir müqaviləni pozduğu nəticəsinə gəlib. Bu səbəblə də Facebook-a 500 milyon dollar cəza kəsib.
Məhkəmədə aşağdakı formada qərar qəbul edib:
-Oculus qurucu ortağı Palmer Luckey-ın imzaladığı gizlilik razılaşması səbəbiylə Zenimax-a 200 milyon dollar ödəyəcək.
-Oculus Zenimax-a müəllif hüquqları pozuntusu səbəbiylə 50 milyon dollar və yalnış istiqamətləndirmə səbəbiylə 50 milyon dollar ödəyəcək.
-Oculus-un köhnə CEO-su Brendan İRİB və Oculus qurucu ortağı Palmer LUCKEY səhv istiqamətləndirmə səbəbiylə ardıcıllıqla 150 milyon dollar və 50 milyon dollar cəza ödəyəcək.
Günel
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət