Facebook-un qurucusu və icraçı direktoru Mark Zuckerberg səhifəsində paylaşdığı məlumatda lazerlərlə yüksək sürətdə əlaqə yaratmağın yollarını araşdırdıqlarını bildirib.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Facebook-un İnternet.org layihəsindən başqa dronlar və peyklər vasitəsilə İnterneti bütün dünyaya paylamaq planlaşdırılıb.
Kabelsiz İnternetin olmadığı, dünyanın ən ucqar nöqtələrinə qədər bütün insanlara İnterneti açmağı istəyən Facebook bu hədəflərinin reallaşması üçün yeni kəşflər etmək istəyir. Facebook tərkibində AR-GE departamenti olaraq xidmət göstərən Connectivity Lab-da hazırlanan bu lazer sistemi, uzaq məsafələrdə verilənlərin ötürmə sürətini artıracağı bildirilib.
Facebook hesabından paylaşdığı üç şəkildə lazerlə əlaqə texnologiyasının prototipini istifadəçilərə göstərən Mark Zuckerberq lazer işıqlarının normalda görünmədiyini, ancaq görmək üçün demoda görüntü yaratdıqlarını bildirib.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri