Previous Next
Bağla

Pilotsuz uçan aparatlar pulsuz İnternet verəcək

04-07-2015 12:34
Pilotsuz uçan aparatlar pulsuz İnternet verəcək

Facebook şirkətinin təsisçisi Mark Zuckerberg inkişaf etməkdə olan ölkələri İnternet bağlantısı ilə təmin edəcək pilotsuz uçan aparatlar üçün lazer ötürücüsünü nümayiş etdirib.

Xəbərlər-in RYTN-in saytına istinadən verdiyi məlumata görə, M.Zuckerberg qeyd edib: “Biz pilotsuz uçan aparatların və peyklərin mövcud simsiz şəbəkələrdən kənarda məskunlaşan bir milyard insanı İnternetə qoşmaq üçün bizə verə biləcək imkanları nəzərdən keçiririk”.

Onun sözlərinə görə, Facebook planetin ucqar regionlarında məlumatların ötürülməsi üçün ənənəvi qoşulmanı təmin edə biləcək lazer rabitə sisteminin hazırlanması ilə məşğuldur. Texnologiya uzaq məsafələrə məlumat mübadiləsinin sürətini xeyli artırmağa imkan verəcək. Lazer şüalarını Yerə pilotsuz uçan aparatlar ötürəcək.

Yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi ilə Connectivity Lab bölməsi məşğuldur. Alternativ rabitə kanallarından Facebook tərəfindən işə salınan Internet.org layihəsi çərçivəsində istifadə etmək planlaşdırılır. Fondun işinin əsas məqsədi dünyada beş milyard insanın (burada söhbət Afrikanın yoxsul əhalisindən gedir) İnternetə pulsuz çıxışını təmin etməkdir.

Internet.org layihəsinə artıq Malavi, Qvatemala, Kolumbiya, Qana, Zambiya, Tanzaniya, Keniya, Hindistan, Banqladeş, İndoneziya və Filippin qoşulub.

Layihədə Samsung Electronics, Qualcomm, Ericsson, Nokia, MediaTek və Opera Software şirkətləri də iştirak edir və beləliklə, təşəbbüsü bazarın müxtəlif seqmentinin şirkətləri dəstəkləyir.

M.Zuckerberg bildirib ki, inkişaf etməkdə olan ölkələrdə insanların İnternetə və biliklər iqtisadiyyatına qoşulması üçün çoxlu əngəllər var: "Interget.org bu maneələrin dəf edilməsinə yönələn qlobal tərəfdaşlıqdır. Biz çalışacağıq ki, hazırda İnternetdən yararlanmaq imkanından məhrum olan insanları çıxışla təmin edək”.

Sosial şəbəkə İnternetə çıxış imkanlarını artırmaq üçün infrastruktur həllərə orta hesabla 1 milyard dollar xərcləyib və daha çox vəsait sərf etməyi nəzərdə tutur. Layihənin ilkin məqsədi 5-10 il ərzində mobil internet xidmətlərinə görə xərcləri hazırkı dəyərindən 1 faiz azaltmaqdır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İnkişaf etməkdə olan ölkələrdə internetə qoşulmaq üçün əngəllər var”

29-10-2015

“Facebook” Avropanı pulsuz internetlə təmin edəcək

18-04-2015

1 milyard insana pulsuz İnternet hədiyyəsi

15-05-2015

Facebook peyk internet layihəsinə başlayır

07-10-2015

İnternet pulsuz oldu

23-01-2015

Facebook pulsuz internet paylayacaq

31-03-2015

Mark Zuckerberg Roma Papasına maraqlı hədiyyə təqdim edib -Foto

30-08-2016

Facebook işçilərinə verdiyi internetin sürətini azaldır - Qərar

29-10-2015

Facebook uzaq məsafədə lazer sistemi hazırlayır

27-07-2015

Pilotsuz uçan aparatlar üçün aeroport tikiləcək

20-10-2015

Dronlar üçün aerovağzal tikiləcək

22-09-2015

Koreyada pilotsuz uçan aparatlarla mübarizə texnologiyası hazırlanır

07-04-2015

ABŞ-da avtonom pilotsuz uçan aparatlar eskadrilyasının sınaqları keçirilib

17-04-2015

Pilotsuz uçan aparatlar meşələri bərpa edəcək

28-04-2015

Facebook-un yarım milyard dollarlıq səhmi satıldı

02-03-2018

Zuckerberg Facebook-un hissələrini satır

25-09-2017

Dronlar meşə zolaqlarının salınmasında kömək edəcək

02-07-2016

Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

16-06-2023

Mark Zuckerberg bir gündə 3 milyard itirdi

06-11-2016

Mark Zuckerberq qaçqın düşərgələrini internetə qoşacaq

28-09-2015

Facebook istifadəçilərinin nəzərinə

08-04-2015

Facebook-un istifadəçi sayı 2 milyarda çatır

28-04-2016

Dünyanın 100 ən zəngin İT milyarderləri bəlli olub

11-08-2016

“Facebook”un mobil istifadəçilərinin sayı 1,25 milyarda çatıb

23-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə