Mark Zuckerberg daha çox insanın internetə çıxışının təmin edilməsi barədə layihənin təfərrüatlarını rəsmi Facebook səhifəsində paylaşıb.
Xeberler.az-ın məlumatına görə, Mark Zuckerberg hesab edir ki, şəhərətrafı rayonlarda internetə çıxışın təmin edilməsi üçün günəş batareyası ilə təchiz olunmuş pilotsuz uçan aparatlardan istifadə etmək mümkündür.
Ucqar ərazilərdə geostasionar peyklərin və yerətrafı aşağı orbitlərin işə cəlb olunması təklif olunur. Facebook bu istiqamətdə layihənin reallaşdırılmasına başlayır.
Mark Zuckerberg-in sözlərinə görə, artıq AMOS-6 peykinin inkişaf etdirilməsinə başlanıb. Bu peyk Qərbi, Şərqi və Cənubi Afrikada veb-keçidi təşkil etməyə imkan verəcək.
Bildirilir ki, AMOS-6 aparatı 2016-cı ildə geostasionar orbitə çıxarılacaq. Bunun sayəsində 14 Afrika ölkəsi internetə çıxış əldə edəcək.
Xatırladaq ki, 2013-cü ildə Facebook Internet.org layihəsini həyata keçirməyə başlayıb. Bu təşəbbüsün məqsədi Yer planetinin istənilən guşəsində şəbəkəyə çıxış imkanları əldə etmək üçün infrastrukturun yaradılmasıdır. Layihədə Ericsson, MediaTek, Nokia, Opera, Qualcomm və Samsung kimi iri şirkətlər iştirak edir. Ötən ilin yaz aylarında Facebook Connectivity Lab adlanan ixtisaslaşmış bölmə yaradılıb ki, bu da Internet.org layihəsinin iştirakçıları tərəfindən irəli sürülən tapşırıqların yerinə yetirilməsində dəstək olur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri