Facebookda yayılan təhqir və söyüşlərin səbəbi bilindi

02-07-2010 / 14:36

 Facebook sosial şəbəkəsində yayılan təhqir və söyüşlərin səbəbi bilinib. Türk dilində söyüşləri İnci Lüğət adlanan qrupun üzvləri yayıb. Belə ki, qrup üzvləri Facebook Translate səhifəsinə daxil olub və sözləri istədikləri kimi tərcümə ediblər. Nalayiq ifadələr qısa müddət ərzində Facebookda yayılıb. Bu təhqirlər də çox təsdiq aldığından qısa zamanda aktivləşib. Sosial şəbəkə çox təsdiq alan tərcümələri yoxlamadan aktiv edir.

 

Xatırladaq ki, Facebookda son günlər əxlaqsız sözlər yayılmağa başlamışdı. Şəbəkədən türk dilində istifadə edən istifadəçilər saytı açan kimi söyüşlərin, təhqirlərin şahidi olurdular. Hətta, bir neçə saat öncə “Facebooka türk xakerlər hücum etdi” başlığıyla xəbər də yayılmışdı. Göründüyü kimi, bu xəbər öz təsdiqini tapmadı.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə