Previous Next
Bağla

İRİA: 3 ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb

09-02-2026 12:37
İRİA: 3 ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb

Azərbaycanda son 3 ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb.

Xeberler.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyahyayev bu gün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbiri çərçivəsində bildirib.

O qeyd edib ki, Mərkəzin altıncı dalğası çərçivəsində 60 fundamental istiqamət üzrə 40 nəfər ixtisasartırma və fərdi təlim proqramlarını uğurla başa vuraraq əmək bazarına təqdim olunur.

Departament müdirinin sözlərinə görə, mərkəzin fəaliyyəti 2023-cü ili əhatə edən kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin inkişafı üzrə milli strategiyaya əsaslanır və son üç il ərzində əsas fokus insan kapitalının formalaşdırılması olub: "Bu müddət ərzində əsas hədəflərimizdən biri təxminən 480–500 nəfərə yaxın kibertəhlükəsizlik mütəxəssisinin əmək bazarına çıxarılması idi və bu məqsədə nail olmuşuq".

İRİA rəsmisi qeyd edib ki, Mərkəzin fəaliyyəti yalnız kadr hazırlığı ilə məhdudlaşmayıb: "Eyni zamanda ölkədə dayanıqlı kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bu çərçivədə mütəxəssislərin yeni nəsil texnologiyalardan düzgün istifadə etməsi və yerli, milli kibertəhlükəsizlik məhsullarının yaradılması əsas prioritetlərdən olub".

O əlavə edib ki, Mərkəz 200-ə yaxın qərarverici rəhbər şəxs üçün xüsusi maarifləndirici və analitik proqramlar həyata keçirib: "Bu proqramlar rəhbər şəxslərin texnologiyalara düzgün yanaşması və effektiv investisiya qərarları verməsi məqsədi daşıyıb".

Məhsul inkişafına da xüsusi diqqət yetirildiyini deyən Ş. Hacıyahyayev deyib ki, artıq bir neçə yerli kibertəhlükəsizlik məhsulu hazırlanıb və onlardan 3-4-ü bazarda real nəticələr göstərir: "Bu gün fəxrlə deyə bilərəm ki, məzunlarımızın təxminən 86 %-i artıq əmək bazarında uğurla fəaliyyət göstərir. Bu üç ili son deyil, başlanğıc kimi qiymətləndiririk".

O vurğulayıb ki, növbəti illərdə yeni strategiyaların hazırlanması və tətbiqi istiqamətində həm yerli, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndiriləcək.

İRİA rəsmisi mərkəzin fəaliyyətinə dəstək göstərən xarici təşkilatlara, yerli tərəfdaşlara və ali təhsil müəssisələrinə təşəkkür edib və birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026

İRİA: "Yerli kibertəhlükəsizlik startapına ciddi maraq var"

09-02-2026

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025

RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

07-10-2025

Texnologiya Universiteti ilə İRİA əməkdaşlığa start verir

21-05-2025

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025

"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

22-09-2023

Azərbaycanda kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanmasına başlanılıb

13-10-2023

Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

10-02-2026

Media nümayəndələri üçün kibermaarifləndirmə təlimi keçirilib

23-12-2025

Samir Məmmədov: “Cyberpark” layihəsi çərçivəsində iki startap fəaliyyət göstərir

30-07-2025

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023

İRİA: Kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər keçirilir

30-07-2025

Qızlar arasında İKT-yə maraq artıb

31-01-2024

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022

İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

06-03-2025

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

24-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə