Flickroom-masaüstü Flickr

02-10-2009 / 20:00

Flickr-dən istifadə edənlər üçün yenilik edildi. Flickr-ə giriş birbaşa masaüstündən olacaq. Veb brauzerdəki standart Flickr interfeysini görməyə məcbur deyilsiz.

Flickr masaüstü göstəricisi ödənişsiz istifadəçilərə təqdim edildi. Adobe AIR ilə hazırlanan Flickroom, Flickr hesabınız ilə daxil olduqdan sonra fotoşəkil yükləmələrini, qruplarınızı, şəbəkələrinizi masaüstündən nəzarət etmənizi təmin edir.

Abunəsi olduğunuz qruplarda gəzinti etmək, dostlarınızın yeni əlavə etdiyi fotoşəkilləri görmək, fotoşəkil şərhlərində olmaq, ulduz vermək, qeydlər aparmaq, kompüterə qeyd etmək Flickroom sayəsində veb brauzerə ehtiyac olmadan mümkündür.

Flickroom proqramını ödənişsiz endirmək üçün www.flickroom.org  linkinə tıklayın. Adobe AİR proqramı mütləq olmalıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə