Samsungdan 3 G dəstəkli iki yeni model

16-12-2009 / 09:45

Yeni il ərəfəsində Nar Mobile 3G texnologiyasını istifadəçilərə təqdim etmək istəyir. Bəs 3 G-ni dəstəkləyən telefon dünyasında hansı yeniliklər var?

Samsung S5510 və Samsung 5503 adlı 3G dəstəkli iki yeni modelini təqdim edib. Bir- birinə bənzər xüsusiyyətləri olan hər iki modeldə də Samsung Communities sayəsində Facebook, Flickr MySpace, Picasa, Friensdster kimi saytlara asanlıqla dilədiyiniz məzmunu yükləyə bilərsiniz.

Yeni modellərdə sevdiyiniz mahnıları dinləyə biləcəyiniz DNSe təchizatlı musiqi çalar və 3.2 megapiksel kamera var. Samsung S5510-nun fərqi isə qapağının üzərində gizli PMOLED ekranının olmasıdır. Bu ekran üzərində gələn axtarışları, cavabsız çağırışları, gələn mesaj sayı və saat kimi məlumatları görə bilirsiniz.

Yalnız qara rəng variantı olan S5510 modelinin xaricdə qiyməti 210 manat, qara-boz və qara-qırmızı rəng variantlarına sahib olan S5503 isə 200 manatdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə