“Nar” asan və sərfəli rabitə xidmətlərini artıq Füzuli şəhərindəki yeni açılan mağazasında təqdim edir. Müasir dizaynlı mağazada nömrə satışı və müştəri xidmətləri ilə yanaşı, mobil telefon və aksessuar satışı da həyata keçirilir. Füzuli şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazanın əməkdaşları da Füzuli şəhərinin sakinləridir.
Yeni mağazanın açılışında iştirak edən “Nar”ın baş icraçı direktoru Qunnar Panke bildirib: “Füzuli şəhəri yenidən qurulduqca, şəhərin əhalisi artdıqca, mobil rabitə xidmətlərinə də ehtiyac artır. Günbəgün dirçələn şəhərin əhalisinə mobil rabitə xidmətlərini daha əlçatan etmək üçün yeni mağazamızı məhz Füzuli şəhərində açmaq qərarına gəldik.”
Bundan başqa, mağazanın xüsusi guşəsində Füzuli şəhəri, Mirzə Uluqbəy adına 1 saylı məktəbinin istedadlı şagirdlərinin çəkdikləri rəsmlər də nümayiş olunur. Bu rəsmlər “Nar”ın və YARAT Müasir İncəsənət Məkanının sözügedən məktəbdə “Böyük Qayıdış” mövzusunda keçirilən rəsm müsabiqəsinin seçilən əl işləridir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları