Aprelin 28-də AZCON Holding ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupu (AD Ports Group) arasında Azərbaycanda limanlar, gəmiçilik, logistika və rəqəmsal ticarət həlləri üzrə strateji əməkdaşlıq imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Xeberler.az bildirir ki, memorandum Azərbaycanda investisiya imkanlarının araşdırılması, həmçinin inteqrasiya olunmuş nəqliyyat və logistika infrastrukturu, o cümlədən dənizçilik və rəqəmsal həllər sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tərəflər arasında strateji çərçivə formalaşdırır.
Bildirək ki, AZCON Holding şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “AD Ports Group” arasında iki ədəd konteyner gəmisinin tikintisinə və satışına dair Müqavilə” ilə Xəzər dənizində fəaliyyət göstərmək üçün iki 780 TEU konteyner gəmisinin inşası nəzərdə tutulur. Bu gəmilər Xəzər dənizində əsas ticarət mərkəzləri arasında bağlılığı optimallaşdırmaq məqsədilə əsas marşrutlara buraxılacaq.
Qeyd edək ki, AZCON Holding Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin İqtisadi Alt Komitəsinin üzvüdür. Bu çərçivədə keçirilən Komitənin ikinci iclası zamanı tərəflər arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına dair Yol Xəritəsi müzakirə olunub.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları