“ASAN xidmət” “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi ilə birgə tərəfdaşlıq çərçivəsində “Hər kəs üçün ASAN” sosial layihəsinə start verib.
Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə çərçivəsində dövlət xidmətləri ilə bağlı məlumatlandırıcı videolar hazırlanaraq “ASAN xidmət”in sosial media hesablarında paylaşılacaq. Videolar surdotərcümə (işarət dili) ilə təqdim ediləcək və burada müxtəlif dövlət xidmətləri, müraciət qaydaları, vətəndaşların yararlana biləcəyi imkanlar barədə məlumatlar əks olunacaq.
Layihənin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin dövlət xidmətlərinə çıxış imkanlarını genişləndirmək, onların məlumatları daha rahat və əlçatan formada əldə etməsini təmin etməkdir.
“ASAN xidmət” fəaliyyətində hər zaman vətəndaş məmnuniyyətini, sosial həssaslığı və xidmətlərin hər kəs üçün əlçatan olmasını əsas prioritetlərdən biri kimi ön planda saxlayır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları