May ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasından (WUF13) öncə ictimai nəqliyyatda xarici bank kartları ilə ödənişlər mümkün olub
Xeberler.az məlumat verir ki, xarici emissiyalı bank kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş imkanı qoşulub.
“Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi”, - deyə qurumun yaydığı məlumatda bildirilir.
Həmçinin Bakı metrosunun xidmətindən istifadə edən sərnişinlər üçün də beynəlxalq bank kartları ilə ödəniş etmək mümkün olub.
“Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilir ki, yenilik may ayında Bakıda keçiriləcək WUF13 ərəfəsində həyata keçirilən tədbirlərdən biri olmaqla, şəhərimizə gələn xarici vətəndaşlar və turistlər üçün əlavə üstünlüklər yaradır: “Belə ki, onlar artıq yerli ödəniş vasitəsi əldə etmədən, mövcud bank kartları ilə metropolitendən istifadə imkanına malikdirlər”.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-də NFC texnologiyasına əsaslanan ödəniş sisteminin tətbiqinə ötən ildən başlanılıb. Bu müddət ərzində ümumilikdə 31 milyon sərnişin NFC vasitəsilə ödəniş imkanından yararlanıb. Hazırda isə bu üsul metropolitendə həyata keçirilən bütün ödənişlərin təxminən 29 faizini təşkil edir.
Xatırladaq ki, NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları