Previous Next
Bağla

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025 11:49
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyi, həmçinin kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli qurum olan Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) əldə edilmiş məlumata əsasən, müvafiq sahədə normativ hüquqi aktlarla təsbit edilmiş tələblərə riayət edilməsi vəziyyətinin yoxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər, qarşıya çıxan çətinliklər, eləcə də onların aradan qaldırılmasına dair məsələlər aidiyyəti Komissiyanın iclasında müzakirə edilib.

Xeberler.az məlumat verir ki, məlumatda Komissiyanın DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən olan üzvlərinin iclasda tam tərkibdə iştirak etdiyi bildirilib.

Qeyd edilib ki, iclas zamanı kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı həyata keçirilmiş ilkin qiymətləndirmələrin nəticələri kollegial formada müzakirəyə çıxarılıb. Həmçinin vurğulanıb ki, bəzi kritik informasiya infrastrukturlarında aşkar olunmuş bir sıra nöqsanların aradan qaldırılması da təmin edilib. Müzakirələr nəticəsində ölkənin kritik informasiya infrastrukturunun müasir kibertəhdidlərə qarşı dayanıqlığının gücləndirilməsi istiqamətində yeni hədəflər müəyyən olunub. Bununla yanaşı, səlahiyyətli qurum tərəfindən təsdiq edilmiş plan əsasında kritik informasiya infrastrukturu subyektlərində ümumi və xüsusi təhlükəsizlik tələblərinə riayət olunmasına dair Komissiya tərəfindən həyata keçiriləcək yoxlamalarla bağlı məsələlərə baxılıb.

İclasın gündəliyində nəzərdə tutulmuş cari mövzularla yanaşı, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bir sıra digər məsələlərin də müzakirəsi aparılıb. Beynəlxalq təcrübəyə (NIS-2, CSF 2.0) uyğun olaraq, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblərin təkmilləşdirilməsi, habelə risklər və müasir kibertəhdid modelləri nəzərə alınmaqla, kritik informasiya infrastrukturu obyektlərinin siyahısının daim yenilənməsi milli maraqların təmin olunması baxımından vacib hesab edilib. Göstərilənlər nəzərə alınaraq, kritik informasiya infrastrukturu obyektlərinin siyahısında əlavə və dəyişikliklərin edilməsi ilə bağlı layihə təklifinin aidiyyəti üzrə təqdim olunması, habelə ölkədə xüsusi əhəmiyyətli sənaye idarəetmə sistemlərinin (SCADA) diqqətdə saxlanılması və siyahısının təkmilləşdirilməsinin zəruri olduğu bildirilib. Bununla yanaşı, kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə xüsusi tələblərə riayət olunmasına nəzarətin gücləndirilməsi də müzakirə edilib.

Müzakirələr zamanı, kritik informasiya infrastrukturunda təhlükəsizlik risklərinin müntəzəm olaraq müəyyən edilməsi və qiymətləndirilməsi, həmçinin bu risklərin maliyyə yükünün hesablanaraq idarəetmədə nəzərə alınmasının ciddi aktuallıq kəsb etdiyi vurğulanıb. Habelə, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi ilə əlaqədar kibertəhlükəsizlik xidməti provayderinə dair tələblərə uyğun olmayan hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərdən asılılığın aradan qaldırılmasının vacibliyi qeyd olunub.

Komissiyanın iclasında Milli kibermərkəzin aidiyyəti subyektlərlə kriptoqrafik mühafizə vasitəsindən istifadə etməklə məlumat mübadiləsi apardığı bildirilib və bu təcrübənin sahə üzrə standartlar nəzərə alınmaqla daha da təkmilləşdirilməsinin əhəmiyyəti qeyd edilib.

Məlumat üçün qeyd edək ki, sözügedən Komissiya kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair tələblərə riayət olunması vəziyyətinin yoxlanılmasının təşkili ilə yanaşı, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektləri tərəfindən həyata keçirilən tədbirlərin qiymətləndirilməsi, görülmüş işlərin nəticələrinə dair dövri hesabat və məlumatların hazırlanması, habelə kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən ciddi nöqsanlar aşkar edildikdə və ya təhlükəsizlik üzrə kritik hal baş verdikdə, təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə müvafiq qaydada məsələnin qaldırılmasına məsuldur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək

26-10-2023

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023

Azərbaycanda kibertəhlükəsizliklə bağlı yenilik

04-04-2023

Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

28-08-2023

"Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" adlı dəyirmi masa keçirilib

07-02-2025

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

“Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı” təsdiq edilib

29-11-2024

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

09-10-2025

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

"Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq"

31-05-2023

Davud Rüstəmov: Kritik informasiya sistemlərində müasir arxitektura və topologiya formalaşdırılıb

26-11-2025

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024

Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

19-12-2025

AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

30-09-2025

"Azərbaycanda kritik informasiya infrastrukturu sahəsində hüquqi baza formalaşdırılır"

23-09-2023

XRİTDX beynəlxalq tədbirdə iştirak edib

08-05-2025

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023

Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

08-01-2025

Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

19-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə