Previous Next
Bağla

Meta-nın Sİ dəstək botunda boşluq aşkar edilib

10-06-2026 08:35
Meta-nın Sİ dəstək botunda boşluq aşkar edilib

ABŞ-da fəaliyyət göstərən kibertəhlükəsizlik şirkəti Malwarebytes-in yaydığı məlumata görə, Meta şirkətinə məxsus Instagram platformasında istifadəçilərə hesablarla bağlı dəstək göstərən süni intellekt əsaslı xidmətində təhlükəsizlik boşluğu aşkarlanıb. Araşdırmaya əsasən, hücumçular bu zəiflikdən istifadə edərək bir sıra yüksək profilli Instagram hesablarını ələ keçirə biliblər.

Xeberler.az məlumat verir ki, hücum zamanı ənənəvi kiberhücum üsullarından, zərərli proqram təminatından və ya oğurlanmış giriş məlumatlarından istifadə olunmayıb. Əvəzində, Meta-nın süni intellekt dəstək botunun funksionallığındakı boşluqlardan yararlanaraq hədəf hesablara yeni elektron poçt ünvanları əlavə edilib və sonradan hesabların bərpa mexanizmlərinə çıxış əldə olunub.

Bildirilir ki, insident nəticəsində Obama administrasiyasına aid White House Instagram hesabı, Sephora şirkətinin hesabı, ABŞ Kosmik Qüvvələrinin yüksək rütbəli rəsmilərindən birinə məxsus hesab və digər tanınmış profillər hədəfə alınıb.

Mütəxəssislərin fikrincə, hadisə süni intellekt əsaslı xidmətlərə istifadəçi hesablarının idarə olunması, autentifikasiya prosesləri və giriş hüquqlarının dəyişdirilməsi kimi həssas səlahiyyətlərin verilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin vacibliyini bir daha nümayiş etdirir.

Ekspertlər qeyd edirlər ki, süni intellekt həllərinin istifadəyə verilməsindən əvvəl müstəqil təhlükəsizlik qiymətləndirmələri, sızma testləri, funksional auditlər və risk analizləri aparılmalıdır. Xüsusilə hesabların idarə olunması və girişə nəzarət sistemləri ilə inteqrasiya zamanı “minimum səlahiyyət” prinsipi tətbiq edilməli, kritik əməliyyatlar çoxmərhələli təsdiqləmə mexanizmləri ilə qorunmalıdır.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”na uyğun olaraq, dövlət qurumlarında süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlili və zəruri təhlükəsizlik tədbirlərinin görülməsi səlahiyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə həvalə olunub. Bu baxımdan dövlət informasiya sistemlərində tətbiq edilən süni intellekt həllərinin mütəmadi audit və təhlükəsizlik nəzarətindən keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Meta"nın çat-botu "Instagram" hesablarını ələ keçirir

"Meta"nın çat-botu "Instagram" hesablarını ələ keçirir

03-06-2026
Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

19-03-2025
İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

28-08-2023
ETX: Yerli təşkilatlardan birinə aid veb-resursa kiberhücum edilib

ETX: Yerli təşkilatlardan birinə aid veb-resursa kiberhücum edilib

10-04-2026
Azərbaycanın enerji sektoruna yönəlmiş kiberhücum araşdırılıb

Azərbaycanın enerji sektoruna yönəlmiş kiberhücum araşdırılıb

16-05-2026
Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022
Dövlət qurumlarının əməkdaşları süni intellekt üzrə təlimdə iştirak ediblər

Dövlət qurumlarının əməkdaşları süni intellekt üzrə təlimdə iştirak ediblər

01-05-2026
Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025
XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025
İlqar Musayev: Süni intellekt kibermüdafiyə strategiyamızı gücləndirmək imkanı verir

İlqar Musayev: Süni intellekt kibermüdafiyə strategiyamızı gücləndirmək imkanı verir

15-10-2024
BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025
ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Dövlət Xidməti I yarımildə 373 dövlət informasiya sistemində boşluq tapıb

Dövlət Xidməti I yarımildə 373 dövlət informasiya sistemində boşluq tapıb

03-08-2023
FIDO2 və Passkey Texnologiyalarına həsr olunmuş seminar keçirilib

FIDO2 və Passkey Texnologiyalarına həsr olunmuş seminar keçirilib

26-12-2025
“Google Chrome” brauzerində iki təhlükəsizlik boşluğu aşkar edilib

“Google Chrome” brauzerində iki təhlükəsizlik boşluğu aşkar edilib

01-10-2021
"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

26-11-2025
İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

16-05-2024
ETX “Telegram” və “WhatsApp” ilə bağlı xəbərdarlıq edib

ETX “Telegram” və “WhatsApp” ilə bağlı xəbərdarlıq edib

09-01-2026
XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib

07-04-2026
“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025
Azərbaycan Kredit Bürosu “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik xidmətindən faydalandı   

Azərbaycan Kredit Bürosu “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik xidmətindən faydalandı  

22-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə