“Galaxy S IV” “ağıllı” telefonunun təqdimat günü bəlli oldu

26-02-2013 / 09:46

 “Samsung” şirkəti “Galaxy S IV” “ağıllı” telefonunu martın 14-də təqdim edəcək.

"Samsung" şirkəti martın 14-də Nyu-York şəhərində "Android" mobil əməliyyat sistemi ilə işləyəcək yeni flaqman "ağıllı" telefonunu təqdim edəcək.

"Samsung Galaxy S IV" "Full HD" təsvir ölçüsünə malik 5 düymlü ekran, 8 və ya 13 meqapiksel təsvir ölçüsünə malik kamera, həmçinin səkkiznüvəli "Exynos 5 Octa" prosessoru ilə təchiz ediləcək.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "ağıllı" telefonun daha ətraflı xüsusiyyətləri hələ ki açıqlanmır və yalnız təqdimatdan sonra məlum olacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə