Bir sıra texnologiya istehsalçıları yaxın gələcəkdə təqdim edəcəkləri maraqlı texnologiyalar üzərində çalışırlar.
Xeberler.az xarici mətbuata istinadən həmin texnoloji yenilikləri təqdim edir:
Amerikalı mühəndis Derril Oyster insanları Nyu-Yorkdan Londona cəmi bir saata apara biləcək yeni qatar layihəsi üzərində işləyir.
Qeyd edilib ki, bu qatar daha sürətli olacaq. Eyni zamanda, yeni model tuneldə vakuumla işləyəcək. Qatar vaqonları isə boru əvəzi silindr təqdim edir. Bu silindrlərin daxilində hava yoxdur.
Texnoloji əlcəklər
Belə əlcəkləri Tom Kruzun filmində görmüşdük. O zaman bu əlcəklərin adını bilmirdik.
Mütəxəssislər tərəfindən hazırlanan texnoloji əlcəklər virtual obyektlərlə realda olduğu kimi işləməyə imkan verir. Bundan əlavə, bu əlcəklər digər insanlar ilə birlikdə işləmək üçün vahid virtual məkan yaradır.
Burritobot
Burritobot- bu cihaz xüsusilə qurmanlar üçün istehsal edilir. Belə ki, bu model hazırlanacaq yeməyin tərkibini müəyyən etməyə imkan verir.
Burrito Meksika yeməyidir.
Modeldə seçim etdikdən sonra sistem çalışmağa başlayır və sahibi üçün dadlı nahar hazırlayır.
Burritobot-un fəaliyyətini buradan izləyə bilərsiniz.
Fikirlərlə idarə olunan skeytbord
Hər hansı bir yerə toxunmaq və ya sükanı saxlamaq üçün əmr funksiyasını yerinə yetirən skeytbordlar yaradılır. İstehsalçıların sözlərinə görə, modelin yaradılması xeyli vaxt tələb edir.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri