Previous Next
Bağla

Gəncədə "AgroTech Hackathon" və “AGROTHECH WORKSHOP” keçiriləcək

15-02-2022 10:49
Gəncədə "AgroTech Hackathon" və “AGROTHECH WORKSHOP” keçiriləcək

“AgroTech Hackathon” kənd təsərrüfatı sektorundakı problemlər üçün innovativ həllərin tətbiq edilməsi, kənd təsərrüfatında texnologiyalar və innovasiyaların inteqrasiya edilməsi üçün nəzərdə tutulmuşdur. İştirakçılar bu əsas anlayışların kənd təsərrüfatında necə istifadə edildiyini öyrənməklə yanaşı, həm də təşkilata töhfə vermək üçün təcrübə və bacarıqlara yiyələnəcəklər

Kənd təsərrüfatı sektorunun inkişafına dəstək, prototiplərin yaradılması və innovativ texnologiyaların tətbiqi istiqamətində təşkil edilən Hackathon tədbiri 3 gün davam edəcəkdir. Tədbirdə tələbələr, tədqiqatçılar, dizaynerlər, sahibkarlar, şirkətlər və iş axtaranlar iştirak edə bilərlər. İştirakçılar kənd təsərrüfatında müxtəlif problemlərə innovativ həllər tətbiq etmək üçün komanda şəklində işləyəcəklər. Kənd təsərrüfatı sahəsində ən yaxşı həll yolunu təqdim edən komanda qalib olacaq.

AgroTech Workshop innovativ texnologiya, robototexnika və süni intellekt kimi texnoloji tendensiyaların kənd təsərrüfatı sahəsində tətbiqinin əhəmiyyətinə həsr olunmuş bir günlük tədbirdir. İştirakçılar kənd təsərrüfatı sektorunun inkişafı üçün tətbiq edilən ən son texnologiyalarla tanış olacaqlar.

Tədbiri maliyyələşdirilən USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradan beşillik təşəbbüsdür. PSA özəl sektorun rəqabətliliyinin artırılması və qadınlara və gənclərə xüsusi diqqət yetirməklə Mikro, Kiçik və Orta Sahibkarlığın (MKOS) gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Layihə, biznesə dəstək xidmətləri göstərməklə və MKOS-ların inkişafına mane olan inzibati maneələri aradan qaldırmaqla daha təhlükəsiz və dayanıqlı Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verir.

Tədbirin icraçısı SUP VC startapların böyüməsinə və beynəlxalq bazarlara çıxmasına kömək edən intensiv akselerator proqramdır. Üç aylıq proqram ərzində startaplar öz məhsullarını qurur və qlobal mühitdə tətbiq edilən müxtəlif təcrübələri öyrənirlər və proqram Demo Günü ilə yekunlaşır. SUP VC kapitala çıxış, mentorluq, müştərilərin cəlb edilməsi və məhsulun inkişafı ilə Azərbaycan startapları üçün əsas mühit olmaq niyyətindədir. Dünya üzrə onlarla mentorluq şəbəkəsi ilə SUP VC bilik, ən yaxşı beynəlxalq təcrübə və ideal sahibkarlıq imkanı təqdim edir.

Tədbirdə aşağıda linklərdən qeydiyyatdan keçərək iştirak edə bilərsiniz:

AgroTech Workshop: https://bit.ly/3Gw5LOm

AgroTech Hackathon: https://bit.ly/3gtoLSW

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

20-04-2018

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015

İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

16-10-2023

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

06-11-2015

Yeni nazir əsas fəaliyyət prinsiplərini açıqlayıb

23-04-2018

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi”nə start verilib

15-04-2025

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

05-07-2023

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

Nar Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir

11-12-2018

Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron açıqlanacaq

06-04-2015

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

Xankəndidə “Bootcamp” keçirilib

10-10-2025

Azərbaycanda aqrar təyinatlı bir sıra qurğu və maşınlar ƏDV-dən azad edilib

16-06-2023

ABB kənd təsərrüfatı sektoru ilə bağlı hesabat təqdim edib

14-10-2025

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

04-08-2023

Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirilib

30-09-2022

Nazirlik yeni elektron xidmət yaradır

05-01-2018

Kənd Təsərrüfatı Nazirliyinin saytı yenilənib

30-10-2015

Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

09-04-2019

Pakistanda yaşıl texnologiyalar əlçatan deyil

04-10-2024

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə