Previous Next
Bağla

Gəncədə alternativ enerji ilə bağlı yeni mərkəz açılıb-Foto

08-04-2017 13:01
Gəncədə alternativ enerji ilə bağlı yeni mərkəz açılıb-Foto

Azərbaycan Dövlət Aqrar Universitetində yeni laborotoriyalar istifadəyə verilib.

Yeni texnologiyaların kənd təsərrüfatında istifadəsini təmin etmək, o cümlədən aqromühəndislik və  meliorasiya və su təsərrüfatı tikinti mühəndisliyi ixtisası üzrə kadrların hazırlanmasına dəstək göstərmək məqsədi ilə yaradılan laborotoriyalarda  hərtərəfli şərait yaradılıb.

Yeni laborotoriyalarda diqqət çəkən məqam isə Alternativ və Bərpa olunan Enerji Mənbələri (ABOEM) sahəsinin də kənd təsərrüfatında istifadəsi ilə bağlı  görülən işlərdir.

Məlumatımıza görə, ötən günlərdə universitet nəzdində  kənd təsərrüfatı texnikası kafedrasının təşəbbüsü və universitet rəhbərliyinin dəstəyi ilə Alternativ və Bərpa olunan Enerji  Mənbələri üzrə İnnovasiya və İnkubasiya Mərkəzinin açılışı olub.

Məsələ ilə bağlı daha ətraflı kafedranın müdiri Nazim Nadirov ilə söhbət etdik.

Kafedra müdiri Xeberler.az-a bildirib ki, mərkəzdə ABOEM ilə bağlı tələbələrin iştirakı ilə startap layihələrin, elmi araşdırmaların aparılması ilə yanaşı, bu sahədə tələblərin qeyri-standart ideyalarına dəstək veriləcək, kurs və diplom layihələrinin yerinə yetirilməsində mərkəzin imkanlarından istifadə olunacaq.

“Tələbələrimizin də iştirakı və əməyi ilə alternativ enerji ilə bağlı yeni ixtiralar etmək üçün çalışacağıq. Bu sahədə ideyası olan hər bir tələbə mərkəzə gəlib sərbəst öz təkliflərini verə biləcək. Biz onların ideyalarının formalaşmasına, yeni avadanlıq yaratmalarına istiqamət verib, kömək edəcəyik”.

Nazim Nadirov qeyd edib ki, 1980-1990-ci illərdə SSRİ-nin kənd təsərrüfatının mexanikləşdirilməsi sahəsinin aparıcı institutunda (ВИМ ) aspiranturada təhsil aldığı dönəmdə kənd təsərrüfatı məhsullarının qurudulmasında alternativ enerjilərdən, konkret olaraq günəş enerjisindən  istifadə edilməsi üzərində elmi tədqiqatlar aparıb:

“Bu sahədə aparılan işlərdə maraqlı nəticələr əldə etmişik. Uzun zamandır ki, bu layihə üzərində işləyirik. Belə bir mərkəzi yaratmaqda məqsədimiz həmçinin yuxarıda sadaladığımzıdan əlavə aparıcı ölkələrin bu sahədəki  təcrübəsinin Azərbaycanda aqrar sahəyə tətbiq edilməsi üçün informasiya və maarifləndirmə işləridir.”

Öyrənirik ki, mərkəzdə qurulan texnologiyaların əksəriyyəti elə Nazim Nadirova məxsusdur. Belə ki, kafedra müdiri bu avadanlıqlardan bəzilərini  Rusiyada müvafik zavodlarda hazırladaraq universitetə gətirib. Mərkəzdə Rusiya və Türkiyədən gətirilən günəş kollektorları quraşdırılıb. Ötən günlərdə həmin avadanlaqlar universitet heyətinə və tələbələrə təqdim edilib.

Kafedra müdiri Günəş enerjisinin aqrar sahədəki önəmini də vurğulayıb:

“Məlumdur ki, kənd təsərrüfatında tükənməz enerjinin tətbiq sahəsi çox genişdir. Evlərin, xəstəxanaların, sanatoriyaların, təsərrüfatların, fermaların işıqlandırılması və qız-dırılması, su təminatı kimi ənənəvi sahələrdən başqa əkin sahələrin suvarılması, bataqlıqların qurudulması, taxılın üyüdülməsi, yemin hazırlanması (küləşin və kökümeyvəlilərin doğranması və s.), şoran suyun duzdan təmizlənməsi, istixanaların qızdırılmasında bu enerjidən istifadə edilə bilər Həmçinin, məhsulların (pambıq, taxıl, ot, tütün, barama, çay və s.) qurudulması kimi fasiləsiz iş rejimi tələb etməyən proseslərin yerinə yetirilməsində enerji yığan (akkumulyator) qurğuya ehtiyac olmadığından belə  sahələr olduqca məqsədəyönlü və səmərəlidir”.

Onun sözlərinə görə, hazırda aqrar sahənin ənənəvi enerjidən qismən də olsa azad olunması olduqca aktualdır və mərkəz də bu istiqamətdə işlər görəcək:

“Bildiyimiz kimi, müasir dövrün ikinci ən qlobal və fövqəladə çətin problemi olan ərzaq enerji ilə sıx əlaqədardır. Məsələ ondadır ki, kənd təsərrüfatına yararlı torpaqların artırılması imkanı sonsuz deyil, amma qitə əhalisi daimi olaraq artır. Bunun nəticəsi olaraq hər 30 ildən bir əsas ərzaq məhsullarına olan tələbat ikiqat artır. Təcrübə göstərir ki, 1% məhsul artırmaq üçün enerji sərfiyyatını 2,5% artırmaq lazım gəlir. Ərzaq əldə etmək üçün sərf edilən enerji ölkələr üzrə müxtəlifdir. ABŞ –da bu göstərici milli enerji resursların 15% -ni, Fransada 20% -ni, keçmiş SSRİ –də isə 40-50% -ni təşkil etdiyini nəzərə alsaq görərik ki, kənd təsərrüfatı həqiqətən çox nəhəng enerji tututumlu bir sahədir. Bu sahənin ənənəvi enerjidən qismən də olsa azad olunması olduqca aktualdır və bu problemin həllində Mərkəz öz imkanı daxilində fəaliyyət göstərməyi nəzərdə tutur”.

Nazim Nadirov qeyd edib ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən digər qurumlarla, zavodlarla əməkdaşlıq edib, mərkəzin fəaliyyətini genişləndirmək niyyətindədirlər:

“Mərkəzdə quraşdırlan avadanlıqların əksəriyyətini xaricdən almışıq.  Amma alternativ enerji ilə bağlı fəaliyyətimizi genişləndirmək niyyətindəyik. Mərkədə bu istiqamətdə araşdırmalar aparıb, yeni təkliflər və texniki həllər təqdim etmək istəyirik. Təbii ki, bunun üçün də  digər qurumların dəstəyinə ehtiyacımız olacaq. Bu səbəbdən ölkədə ABOEM ilə bağlı fəaliyyət göstərən zavodlar, qurum və təşkilatlarla əməkdaşlıq edib, görüşlər təşkil edib, birgə layihələr həyata keçirəcəyik”.

Onu da öyərənirik ki, bu ildən ADAU-da magistratura tələbələrinə Alternativ və Bərpa edilən enerji ilə bağlı fənn də tədris edilir və tələbələrin bu sahəyə böyük marağı var. 

“Tələbələr konkret məhsul görəndə ondan daha yaxşı məhsulun alınması üzərində düşünür və müəyyən ideya verir. Mərkəzin ən əsas məqsədi tələblərin bu ideyasını özlərinin iştirakı ilə reallaşdırmaqdır. Respublikada bu sahədə praktiki görülən işlərlə tələbələri tanış etmək üçün Gəncənin yaxınlığında yerləşən Samux rayonunda  inşa olunan Aqroenerji Yaşayış Kompleksinə təcrübə planlaşdırılır və onlarla yaxıdan əməkdaşlıq etmək çox faydalı olardı”.

Nazim Nadirov onu da bildirib ki, hazırda bu sahədə mütəxəssislərə ehtiyac var. Ona görə də marağı olan hər kəsi mərkəzə dəvət edib, əməkdaşlıq etməyə hazırdılar:

“Tələbələrə bu barədə mütəmadi məlumat verib, onları ABOEM sahəsinə həvəsləndirmək istəyirik. Bunun üçün də mütəxəssislərə ehtiyacımız olacaq. Mərkəzdə seminar keçib, tələbələrlə görüşüb, öz təcrübələrini paylşamaq, onlara bu sahədə istiqamət vermək istəyən bütün müətəxəssislərə qapımız açıqdır”.

Onu da qeyd edək ki, Nazim Nadirov öz sahəsi olan günəş enerjisinin aqrar sahədə istifadəsi üçün bir neçə patentli məhsul da yaradıb.

 Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

15-05-2023

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

04-08-2023

ABB kənd təsərrüfatı sektoru ilə bağlı hesabat təqdim edib

14-10-2025

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi”nə start verilib

15-04-2025

İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

16-10-2023

Azərbaycanın alternativ və bərpa olunan enerji layihələrinə maraq göstərirlər

08-07-2015

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021

Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

02-04-2015

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

Nar Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir

11-12-2018

Aqrar sahədə 30-a yaxın startapçı ilə məhsullarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır

20-12-2023

Azərbaycanda aqrar təyinatlı bir sıra qurğu və maşınlar ƏDV-dən azad edilib

16-06-2023

AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirilib

06-09-2018

Nazirlik yeni elektron xidmət yaradır

05-01-2018

Xankəndidə “Bootcamp” keçirilib

10-10-2025

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

05-07-2023

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026

Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum işə başlayıb

10-12-2018

Kənd təsərrüfatı elektronlaşdırılır

04-08-2015

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

Gəncədə bərpa olunan enerjidən istifadə üzrə layihə tətbiq edilir

02-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə