Previous Next
Bağla

General Polad Həşimov necə vurulub?

20-07-2020 21:48
General Polad Həşimov necə vurulub?

Xeberler.az bildirir ki, keçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov cəbhənin Tovuz istiqamətində gedən döyüşlər zamanı general-mayor Polad Həşimovun həlak olması barədə danışıb. O, LAF.TV-yə açıqlamasında bildirib ki, bu çox ciddi hadisədir və Ali Baş Komandan bu məsələni elə-belə qoymayacaq.

Y.Aydəmirov generalın həlak olması ətrafında gedən bəzi müzakirələrə toxunub. O, bildirib ki, erməni ordusu general Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi: “Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur. O daima hərkətdə olur”.Bununla yanaşı Y.Aydəmirov deyib ki, P.Həşimovun harda zərbəyə tuş gəlməsi hələ rəsmi açıqlanmayıb: “Mən bilirəm harda olub. Amma Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib”.

Generalın sözlərinə görə, Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı. “Bu Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir...”
“Polad Həşimov unikal zabit idi”, - deyən Y.Aydəmirov vurğulayıb ki, Azərbaycanda ordusunda belə generallar çoxdur.

Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə səhərə yaxın Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz general Yaşar Aydəmirovun fikirlərini şərh edib. “General Aydəmirovun dediyindən belə güman etmək olar ki, mərhum general Polad Həşimovun və onu müşayiət edənlərin hərəkət trayektoriyası peyk ailəsinin üzvü olan qonşu ölkələrin peyklərinin köməyi ilə izlənib”, - mütəxəssis bildirib.

Onun sözlərinə görə, düşünmək olar ki, bu məqsədlə generalın və ya onu müşayiət edənlərin istifadəsində olan xüsusi rabitə vasitələrinə müdaxilə olub: “Yeri gəlmişkən, maraqlıdır, görəsən bizim hərbidəki xüsusi rabitə vasitələrimiz hansı ölkənin istehsalıdır və hərbi üçün rabitə infrastrukturunu kim qurub? Beləliklə, güman etmək olar ki, peyk və rabitə texnologiyalarından istifadə etməklə onların koordinatlarını müəyyən ediblər və bu koordinatlar dərhal, real vaxt müddətində erməni ordusuna yönləndirilib”.

Osman Gündüz qeyd edib ki, peyklə koordinat müəyyən edib, həmin kordinata zərbə endirmək bir an məsələsidir. “Zərbə isə dəqiq olduğundan düşünmək olar ki, general Polad Həşimovun öldürülməsi ilə bağlı bütün hazırlıqlar və müşahidələr öncədən, real vaxtda ermənilərlə qarşılıqlı formada həyata keçirilib.

Xatırlayıram ki, məşhur çeçen generalı, Çeçenistanın ilk prezidenti Cövhər Dudayevi də Rus ordusu, onun mobil telefonla danışdığı 10 dəqiqə müddətində koordinatlarını peyklə müəyyən edərək SU-25-dən həmin koordinata atılan raket zərbəsi ilə öldürmüşdü. General Aydəmirovun dediyindən belə qənaətə gəlmək olur ki , hazırda bu istiqamətdə ciddi araşdırmalar gedir”, - deyə ekspert vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Generalın vurulmasında istifadə olunan silahlar haradan alınıb?

Generalın vurulmasında istifadə olunan silahlar haradan alınıb?

10-09-2020
Dövlət Xidmətinin baş idarə rəisinə ali hərbi rütbə verilib

Dövlət Xidmətinin baş idarə rəisinə ali hərbi rütbə verilib

30-09-2025
Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

13-09-2022
General Mobile  cüt sim kart və TV-ni birləşdirdi

General Mobile cüt sim kart və TV-ni birləşdirdi

18-11-2009
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

15-09-2022
XRİTDX-nin rəisinə birinci müavin təyin edilib

XRİTDX-nin rəisinə birinci müavin təyin edilib

09-04-2026
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024
Tesla əsas hədəfinə çatdı- General Motors-u da geridə qoydu

Tesla əsas hədəfinə çatdı- General Motors-u da geridə qoydu

05-04-2017
Ekspert: "Dəmir qübbə" bizi "İskəndər"dən qoruya biləcəkmi?

Ekspert: "Dəmir qübbə" bizi "İskəndər"dən qoruya biləcəkmi?

14-10-2020
İlqar Musayev Rumınıyalı həmkarı ilə görüşüb

İlqar Musayev Rumınıyalı həmkarı ilə görüşüb

18-04-2024
XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023
«General Motors» telefonla idarə olunan maşınlar hazırlayır

«General Motors» telefonla idarə olunan maşınlar hazırlayır

24-07-2010
Təhlükəsiz Şəhər Xidməti və NİİM ilə tanışlıq olub

Təhlükəsiz Şəhər Xidməti və NİİM ilə tanışlıq olub

16-02-2024
Milli Müdafiə Universitetinə rektor təyin olunub

Milli Müdafiə Universitetinə rektor təyin olunub

30-06-2022
Kərim Vəliyevdən rabitə vasitələri və informasiya texnologiyaları ilə bağlı tapşırıq

Kərim Vəliyevdən rabitə vasitələri və informasiya texnologiyaları ilə bağlı tapşırıq

27-11-2023
Azərbaycan kibertəhlükəsizlik sahəsində daha bir ölkə ilə əməkdaşlığa başladı

Azərbaycan kibertəhlükəsizlik sahəsində daha bir ölkə ilə əməkdaşlığa başladı

27-04-2023
Nazir “Facebook” istifadəçilərinə müraciət etdi

Nazir “Facebook” istifadəçilərinə müraciət etdi

12-03-2013
GENERALIN QƏTLİ VİRUSA DÖNDÜ

GENERALIN QƏTLİ VİRUSA DÖNDÜ

19-02-2009
500 Gb-lıq disk

500 Gb-lıq disk

01-05-2009
Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19-01-2026
General Mobile 4G yeniləndi

General Mobile 4G yeniləndi

24-05-2015
Osman Gündüz: "fake" xəbərlərin yayılması düşmənin marağındadır"

Osman Gündüz: "fake" xəbərlərin yayılması düşmənin marağındadır"

16-10-2020
İnternet problemi terror ola bilərmi? - Açıqlama

İnternet problemi terror ola bilərmi? - Açıqlama

22-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə