Previous Next
Bağla

Ekspert: "Dəmir qübbə" bizi "İskəndər"dən qoruya biləcəkmi?

14-10-2020 20:46
Ekspert: "Dəmir qübbə" bizi "İskəndər"dən qoruya biləcəkmi?

"Maraqlıdır, görəsən ordumuz tərəfidən düşmənin hansı ballistik raket kompleksləri və necə məhv edilib? Görəsən həmin ərazidə “İsgəndər” raket kompleksi olubmu? Ermənistanın və qondarma rejimin hərbi arsenalında “Toçka-U”, “SCUD” (Elbrus ), “Smerç” və nəhayət “ İsgəndər” operativ-taktiki ballistik raket komplekslərinin olduğu bildirilib".

Xeberler.az bildirir ki, bu fikirləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Fondunun prezidenti Osman Gündüz şəxsi "Facebook" hesabından yazıb.

O bildirib ki, Gəncəyə atılan raket məhz , böyük dağıdıcı gücə malik “SCUD” (Elbrus) operativ-taktiki raketi olub:

"Maraqlıdır, görəsən Kəlbəcər ətrafında ordumuz tərəfindən qabaqcadan müəyyən olunaraq vurulan düşmən raket kompleksləri hansılar olub?

Uzaq məsafədə olduğundan bunun “SCUD” və ya “İsgəndər” ola biləcəyini düşünmək olar. “Toçka -U” və “Smerç”-dən adətən yaxın məsafələrə zərbə vurmaq üçün istifadə edilir.

Ermənistanın indiyədək ən öyündüyü, həmişə qabartdığı və gözə soxmağa çalışdığı silah “İsgəndər” raket kompleksi olub. Yeganə silahdır ki, bizim hərbi arsenalda yoxdur".

Ekspert qeyd edib ki, hərbi ekspertlər hər zaman Rusiyanın Ermənistana satdığı “İsgəndər”in ən ucuz və ən köhnə versiyası olduğunu qeyd ediblər, onun bütün parametrlərə görə bizim ordumuzda olan “Polonez” (Belarus) və “LORA” (İsrail) ballistik raketlərindən üstün olmadığı bildirilib:

"Əksinə, hətta rusların Belarusa görə qısqanclıqla qarşıladığı “Polonez”-in bəzi göstəricilərə görə (1 dəqiqədə 8 raket atır) ondan üstün olduğu bildirilib. Bizim raketlərdə istifadə olunan peyk-naviqasiya texnologiyalarının rusların “GLONASS”-dan daha üstün olduğu da diqqət çəkən məqam olub. Həmçinin “İsgəndər”-in ordumuzda olan İsrail istehsallı “Barak-8” zenit kompleksi və “Dəmir qübbə” tərəfindən asanlıqla zərərsizləşdirilə biləcəyi təsdiqlənən faktdır.

Ermənistanın və qondarma rejimin hərbi arsenalında “Toçka-U”, “SCUD” (Elbrus ), “Smerç” və nəhayət “İsgəndər” operativ-taktiki ballistik raket komplekslərinin olduğu bildirilirdi.

Gəncəyə atılan raket məhz, böyük dağıdıcı gücə malik “SCUD” (Elbrus ) operativ-taktiki raketi olmuşdu.

Ermənistanda olan silahların ən təhlükəlisi “İsgərndər”i Rusiya, güman ki, NATO-ya qarşı nəzərdə tutaraq Ermənistana satıb. Bildiyim qədər Ermənistandan başqa heç kimə satmayıb.

Satıb demək düz çıxmır, çünki Prezidentin də qeyd etdiyi kimi, bu silahları Rusiya Ermənistana elə özlərinin verdiyi kreditlər hesabına satırlar və sonradan da kreditləri qaytaramq “yaddan çıxır”. Sadəcə pulsuz, hədiyyə olaraq verilir.

Belə bir sual ortaya çıxır ki, doğurdanmı Rusiya NATO əleyhinə Ermənistanda yerləşdirmək məntiqi ilə satdığı məşhur “İsgəndər”i Azərbaycan əleyhinə, həm də mülki sektora qarşı istifadəyə imkan verər.
İnandırıcı gəlmir. Amma Gəncə məsələsi göstərdi ki, onlar ən axırıncı alçaqlığa da gedə bilərlər.

Xatırlayıram ki, bir müddət öncə, Müdafiə naziri Zakir Həsənov ərazimizə qarşı Ermənistanın ballistik raketlərdən istifadə edəcəyi təqdirdə, həmin atəş nöqtələrinin harada yerləşməsindən asılı olmayaraq məhv ediləcəyini bildirmişdi. Artıq bu, baş verib.

Beləliklə, düşünmək olar ki, Kəlbəcər ətrafında Ermənistanla sərhəddə yerləşdirilən silah yenə də Ermənustanın Gəncəyə atdığı bildirlən “SCUD” raket kompleksləri olub.

Düşünmək olar ki, “İsgəndər”dən istifadə olunacağı ilə bağlı ordumuzda qabaqcadan dəqiq məlumatalr olub və onun kordinatları dronlarımız və ya müşahidə peykləri ilə müəyyən olunaraq məhv edilib.

“İsgəndər”in digər hərbi-texnologiya ilə məhv edilməsinin Rusiyanın o qədər də xoşuna gəlməyəcəyi baxımından da belə bir məlumat açıqlanmaya bilər.

Yeri gəlmişkən, maraqlı suallardan birisi də düşmənə məxsus raket komplekslərin ordumzun hansı silahlarla, dron kamikadzelər, yoxsa raket zərbəsi ilə məhv etməsidir ? Yəqin, nə zamansa bunlar açıqlanar.

Ümumiyyətlə, Ordumuzda uzaq məsafədə olan düşmənin strateji hərbi obeyekltlərinin kordinatalrının dəqiq müəyyən edilməsi, məlumatların anında ötürülərək emal olunması və hədəfin dəqiq zərbə ilə çıradan çıxarmaq imkanlarının olması qürurvericidir.

Artıq həm hərbi-texnoloji üstünlük və həm də müasir texnologiyaları mənimsəyən əsgər və zabitlərimizin peşəkarlığı göz önündədir.

Ona görə hər zaman qeyd edirik ki, bu müharibə hərbi-texnoloji bir müharibədir və Azərbaycan bu sahədə düşməndən qat-qat üstündür.

Qeyd edim ki, xəbər lentimdə bir xəbər gözümə sataşdı. Prezident İlham Əliyev deyib ki, müharibə davam etsə, biz onların bütün ordusunu məhv edə bilərik. Yuxarıdakılar bunun təsdiqidir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İsgəndər raketinin Şuşaya atılmasında qaranlıq məqamlar

02-04-2021

İlon Mask orbitə raket əleyhinə müdafiə peyki çıxarmağı təklif edib

19-04-2025

Generalın vurulmasında istifadə olunan silahlar haradan alınıb?

10-09-2020

Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

13-09-2022

Osman Gündüz: "Bütün atəş nöqtələri məhv edilməlidir"

17-10-2020

Elçin Quliyev Vətən müharibəsində PUA-larla düşmənə vurulan zərbələrin detallarını açıqlayıb

06-10-2023

Pentaqon kosmosda Rusiya və Çinlə müharibə hazırlığına başlayıb

29-03-2023

General Polad Həşimov necə vurulub?

20-07-2020

Türkiyə hərbi texnologiya istehsalçıları arasında dünyada 4-cü yerə yüksəlib

02-12-2020

Ermənistan hərbi-sənaye kompleksini yenidən qurur

16-12-2020

Türkiyə ballistik raketini sınaqdan keçirib

26-03-2018

Ramin Quluzadə Özbəkistan səfiri ilə görüşüb

13-10-2020

Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın son hərbi təxribatlardan danışıb

30-10-2020

İsrail hakerləri: İranın “SEPAH” bankına kiberhücum etmişik

17-06-2025

"SpaceX" "Falcon 9" raketini buraxıb

10-12-2025

Türkiyənin keçirdiyi hərbi əməliyyatlar hər bir ölkənin texnoloji imkanlarını müəyyənləşdirib

02-03-2020

Ərəb ölkələri anti-dron texnologiyası üçün Ukraynaya müraciət edir - Ekspert

10-03-2026

Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb

13-09-2022

Ermənistan İranla birgə dron və peyk texnologiyaları istehsal edəcək?

30-01-2023

ABŞ Konqresi "Qızıl günbəz" sisteminin yaradılması xərclərini hesablayıb

13-05-2026

Hindistanın sonuncu peyk buraxılışı uğursuz olub

12-01-2026

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı

13-09-2022

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020

Ramin Quluzadə Yaponiyanın yeni səfirinə Ermənistanın təxribatları barədə danışıb

16-10-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə