Previous Next
Bağla

Gömrük qaydaları sərtləşdirildi: Xaricdən məhsul sifarişi limiti endirildi

24-08-2020 10:17
Gömrük qaydaları sərtləşdirildi: Xaricdən məhsul sifarişi limiti endirildi

Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Baş nazir Əli Əsədov-un imzaladığı qərar ilə birliktə gömrük qaydalarında ciddi dəyişikliklər edilib.

Xeberler.az bildirir ki, yeni qaydalara əsasən fiziki şəxslər xaricdən özləri ilə birliktə rüsum ödəmədən gətirə biləcəyi malların limiti 800 dollara endirilib. Bu limit əvvəl 1500 dollar idi. Yəni əvvəl vətəndaşlar xaricə gedərək özləri ilə birliktə 1500 dollara kimi məhsul gətirə bilirdilər və gömrükdə bu məhsula görə rüsum ödənilmirdi. Məhsulun dəyəri 1500 dolları keçdiyi zaman gətirən fiziki şəxs gömrüyə məhsula uyğun rüsum ödəməli idi. İndi isə bu limit 800 dollara endirilib. Beləki fiziki şəxs xaricdən özü ilə birliktə gətirdiyi məhsulun dəyəri 800 dolları keçməməlidir. Əks halda gömrük qaydalarına əsasən rüsum ödəniləcək.

Qaydalarında edilən bir digər dəyişiklik isə karqo şirkətləri və Azerpoçt vasitəsilə xaricdən gətirilən məhsullara aiddir. Yeni dəyişikliyə əsasən vətəndaş internet üzərindən 1000 dollara qədər məhsul sifariş etdiyi zaman gömrükə rüsum ödəmirdisə, indi bu limit 300 dollara endirilib. Yəni artıq karqo şirkətləri və Azerpoçt daşıma servisi ilə xaricdən dəyəri 300 dollardan artıq məhsul sifariş etdikdə gömrüyə rüsum ödəməli olacaq. Qeyd edək ki, qaydalar 1 ay ərzində edilən sifarişlərə aiddir. Həmçinin 1 ay ərzində 1 məhsuldan eyni və ya eynicinsli 2 ədəddən daha çox gətirdiyiniz halda gömrük limitini keçməsiniz belə rüsum ödəməli olacaqsınız.

Yeni qaydalar 30 gün sonra qüvvəyə minəcək.

Yeni qaydalar ilə birliktə:

  • Xaricdən noutbuk gətirmək əvvəlki kimi sərf etməyəcək.
  • Xaricdən kompüter detalları gətirmək əvvəlki kimi sərfəli olmayacaq.
  • Xaricdən smartfon gətirmək daha baha başa gələcək.
  • Xaricdən 300 dollar üzərində elektronik əşya gətirdiyiniz halda rüsum ödəməli olacaqsınız.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xaricdən gətirdiyiniz telefonlara görə cərimələnə bilərsiniz

30-01-2023

Azərbaycana mobil telefonların gətirilməsi qaydası sərtləşdirilib

23-09-2020

Ölkəyə gətirilən mobil telefonların gömrük rüsumunun hesablanma qaydası açıqlanıb

02-02-2026

Mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumları azaldılıb

14-11-2023

Hökumətin verdiyi qərar e-ticarəti məhdudlaşdırmağa yönəlib

24-08-2020

Mobil telefonlar bahalaşa bilər

20-06-2018

Azərbaycana maşın gətirmək istəyənlərin nəzərinə- Qaydalar

24-04-2019

"Gömrüklə bağlı qərarın qüvvəyə minməsi alıcılıq qabiliyyətinə ciddi təsir edəcək"

19-09-2020

Şəxsiyyət vəsiqələrinə tətbiq olunacaq yeni dövlət rüsumları açıqlanıb

30-11-2015

Gömrük Komitəsi iPhone gətirənlərdən nə istəyir ?

07-10-2015

Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları təsdiqlənibün dövlət rüsumları təsdiqlənib

18-08-2023

DGK xaricdən sifariş edilən poçt bağlamalarının uzun müddət gecikdirilməsinə aydınlıq gətirib

22-01-2021

10 min dollar məbləğində malı gömrük rüsumsuz ölkəyə gətirə biləcəksiniz

22-10-2015

Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

01-10-2020

Telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması Qaydaları dəyişilib

19-03-2024

Azərbaycana gətirilən telefonların rəsmiləşdirilməsi ilə bağlı qoyulan tələb nələri dəyişəcək?

06-02-2023

Dövlət Gömrük Komitəsi qalmaqallı qərarla bağlı açıqlama verib

24-08-2020

10 min dollarlıq malın gömrük rüsumsuz ölkəyə gətirilməsi ləğv olundu

13-01-2016

Mobil telefonlara görə rüsum ödəniləcək

12-06-2018

Elektron ticarət vasitəsilə ölkəyə gətirilən mallara vergi güzəştləri tətbiq edilib

27-01-2014

Azərbaycana gətirilən 1 ədəddən artıq cihazın qeydiyyatı üçün rüsum alınacaq

01-01-2026

Elektron ticarət edənlərə güzəştlər edildi

12-12-2013

Azərbaycana gətirilən birdən artıq mobil cihazın qeydiyyatı üçün rüsum alınacaq

21-11-2025

Mobil cihazın qeydiyyatından yayınanlar cərimə ediləcək-Məbləğlər

28-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə