Xeberler.az bildirir ki, Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş
Qaydaları”nda dəyişiklik edib. Baş nazir Əli Əsədov-un imzaladığı qərar ilə birliktə gömrük qaydalarında ciddi dəyişikliklər edilib.
Yeni dəyişikliyə görə bu rəqəmlər müvafiq olaraq 800$ və 300 $-a endirilib.
Yəni, vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300$-dan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36% gömrük rüsumu ödəməlidir.
Bu məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münsibət bildirib:
"Düşünürəm ki, NK-nın bu məsələləri tənzimləyən 2013-cü il tarixli qərarına yeni dəyişikliyi çox qüsurlu qərardır.
Ümumiyyətlə, xatırlayıram ki, 2013-cü ildən başlayaraq kimlərsə bu istiqamətdə inhisarçılıq yaratmaq üçün var qüvvəsi ilə çalışırlar.
Hətta xartırlayıram ki, 2015-ci ildə Prezident tərəfindən verilən fərmanla həmin adı çəkilən məbləğ vətəndaş üçün 10 000$ müəyyən olunmuşdu. Üstündən 2-3 ay keçməmiş naməlum qüvvələr Prezidentin həmin fərmanının icrasına imkan vermədilər və fərman ləğv edildi.
Sonradan xatırlayıram ki, Dövlət Gömrük Komitəsi bir neçə dəfə Nazirlər Kabinetinə təklif vermişdi ki, bu rəqəmlər azaldılsın. Lakin o zaman 2015-ci ildə NRYTN və İqtisadiyyat nazirliyinin əks rəyi olduğundan DGK qərarını keçirə bilməmişdi. Yəni, yaxın keçmişin tarixini biz unutmamışıq, Prezident fərmanını belə ləğv etdirə bilənlər, görünür yenidən hücumdadırlar.
Düşünürəm ki, ölkədə yerli istehsal olmadığı bir zamanda adi vətəndaşlar tərəfindən şəxsi məqsədlə gətirilən mallara məhdudiyyət tətbiq etmək doğru bir yanaşma deyil. Bu, sadəcə bir qrup idxalçıları, daha doğrusu məlum sahələr üzrə "bazarın böyük oyunçularını" himayə etməkdir.
Müşahidələr göstərir ki, vətəndaşların karqo-daşıma şirkətləri ilə gətirdiyi malların demək olar ki, heç biri ölkədə istehsal olunmur.
Vətəndaşların yerli bazarda 3-4 dəfə baha olan bir malı xarici bazardan ucuz almasının qarşısını almaq, fikrimcə yerli bazarı qorumaq deyil.
O ki qaldı sui-istifadənin, kimlərinsə bu qaydalardan istifadə edərək kommersiya qurmağının qarşısını almağa, düşünürəm ki, DGK , İqtisadiyyat Nazirliyi və NRYTN əlində bu proseslərə nəzarət etmək üçün yetərincə imkanlar var.
Fikrimcə DGK- nın hazırda mövcud olan 36% gömrük rüsumun azaldılması ilə bağlı hökumətə təkliflər verməsi daha doğru olardı.
Dövlət başçısı bütün çıxışlarında sadə vətəndaşların haqqına girməməyə, onların maddi rifa halının yüksəldilməsinin vacibliyinə diqqət çəkir. Vətəndaşların alıcılıq qabiliyyətinin yüksəldilməsi indiki halda daha doğru olardı.
Düşünürəm ki, hökumət təcili bu qərarına yenidən baxmalıdır. Ölkədə e-ticarətin inkişafı üçün, idxal sahəsində rəqabətli mühitin formalaşması üçün daha effektiv mexanizmlər tapılmalıdır. Yerli istehsal olmadığı şəraitdə vətəndaşın şəxsi məqsədlər üçün, e-ticarət yolu ilə alış-verişini məhdudlaşdırmaq yolverilməzdir".