Previous Next
Bağla

Google “Veo 3.1” modelini istifadəyə verib

17-10-2025 08:07
Google “Veo 3.1” modelini istifadəyə verib

Google yeni nəsil süni intellekt əsaslı video generatoru Veo 3.1 modelini istifadəyə verib.

Xeberler.az bildirir ki, şirkətin açıqlamasına görə, bu versiya əvvəlkilərlə müqayisədə daha keyfiyyətli səs, realist vizual detalları və dəqiq sorğu uyğunluğunu təmin edir. Maksimum video uzunluğu 8 saniyə, təsvir keyfiyyəti isə 720p təşkil edir. Model həm şaquli, həm də üfüqi formatları dəstəkləyir.

Yeni versiya Google-un Flow servisi vasitəsilə əlçatandır. İstifadəçilərə pulsuz olaraq beş video yaratmaq imkanı verilir. Bundan sonra xidmət Google AI Pro abunəsi ilə ayda 20 dollar qarşılığında təqdim olunur.

Bundan əlavə, Google Flow platformasında video montaj funksiyasını da istifadəyə verib. Bu funksiya səsli redaktəni dəstəkləyir, kadrlara musiqi və nitq əlavə etmək, obyektləri çıxarmaq və ya əlavə etmək, həmçinin videonu bir dəqiqəyə qədər uzatmaq imkanı yaradır.

Veo 3.1 həmçinin Gemini tətbiqinə inteqrasiya olunub və yalnız abunəçilər üçün aktivdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Google ən sürətli süni intellekt modelini təqdim edib

19-06-2025

Google yeni süni intellekt modelini təqdim edib

26-03-2026

"Google" yeni süni intellekt modelini təqdim edib

13-12-2024

Google Gemini 2.5 Pro süni intellekt modelini istifadəyə verib

18-07-2025

“Google Gemini” Azərbaycan dilində istifadəçilər üçün əlçatan olub

12-02-2026

Google Earth Pro pulsuz oldu

03-02-2015

“Google TV” platforması ilə təchiz olunmuş ilk televizor təqdim edildi

30-09-2010

“Google” “Gemini 3” süni intellekt modelini təqdim edib

19-11-2025

Google sisteminə Azərbaycan dilini daxil edib

18-08-2017

Bu il «Google TV» xidməti istifadəyə veriləcək

15-09-2010

Google Meet-ə rəqib platforma təqdim edilib

01-04-2026

Yutuba yeni funksiyalar əlavə edilib

19-09-2024

Google-dən video sıxışdırma texnologiyası

10-08-2009

Google Gmail üçün süni intellekt funksiyalarını əlçatan edib

10-01-2026

YouTube-da daxili çat istifadəyə verilib

08-08-2017

Google “Google saytları” xidməti təqdim etdi

24-10-2008

Google-dan səsli redaktə funksiyası

26-02-2016

Google süni intellekt əsaslı yeni alətini təqdim edib

24-05-2025

“Google TV” ilin sonuna kimi istifadəyə veriləcək

09-09-2010

“Google Photos” süni intellekt imkanları ilə genişləndirilib

30-05-2025

Google yeni Android versiyasını nümayiş etdirib və musiqi servisini istifadəyə verib

13-05-2011

Google virtual geyim sınama funksiyasını təqdim edib

25-07-2025

Google-dan yeni xidmət

15-11-2015

Yeni “YouTube Gaming” oyun xidməti istifadəyə verildi

16-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə