Internet üzərindən xəbərləri izləmək yeniliklərdən daha tez xəbərdar olmaq deməkdir. Google uzun zamandır ki, xəbər başlıqları üçün xüsusi axtarış variantları inkişaf etdirmək üzərində işləyir. Google xəbər oxumağı daha da asanlaşdırmaq istəyir. Ona görə də, yeni xidmətini istifadəyə verəcək.
Fast Flip adı verilən yeni Google xidmətinin ilk məqsədi sürətdir. Google xəbər səhifələrində sürət zəifliyinə gətirib çıxaran gərəksiz elementləri öz üsulları ilə ələyəcək. Bununla da qısa müddətdə bir çox xəbər başlığını əldə etmək daha tez olacaq. Fast Flip, internet üzərindəki xəbər qaynaqlarının kiçik şəkillərini göstərir və bundan sonra marağınızı çəkən xəbəri tapıb oxumaq sizə qalır.
Hazırda Fast Flip-in beta versiyasının üzərində iş gedir. Rəsmi olaraq gələn həftə yeni xidmətin istifadəyə veriləcəyi gözlənilir.Fast Flip-i bu linkdən ziyarət edə bilərsiz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri