“Google” şirkəti ABŞ Prezidenti Donald Trampın Meksika körfəzi kimi tanınan su hövzəsinin adının dəyişdirilməsilə bağlı verdiyi sərəncamdan sonra özünün “Maps” proqramında rəsmi olaraq Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişib.
Xeberler.az məlumat verir ki, şirkət Meksikanın şərq sahillərinin çox hissəsini və ABŞ-ın cənubunu əhatə edən su hövzəsi üçün Trampın ad dəyişikliyini rəsmi olaraq qəbul edən ABŞ Geoloji Tədqiqat Xidmətinin Coğrafi Adlar İnformasiya Sistemini izlədiyini bildirib.
ABŞ-dakı istifadəçilər indi buranın adını “Amerika körfəzi” kimi, Meksikadakılar isə “Meksika körfəzi” kimi görürlər. Ölkə xaricində olan istifadəçilər isə mötərizə içərisində Trampın üstünlük verdiyi adı da görəcəklər.
Qeyd edək ki, “Apple Maps” orijinal adı saxlamağa davam edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri