Google-nin Apple-dan “ideya oğurluğu” məsələsi yenidən gündəmdə

16-07-2009 / 21:15

Apple şirkətinin ideyalarını ələ keçirməkdə şübhəli bilinən dünyanın aparıcı İnternet şirkəti olan Google, 2010-cu ilin birinci yarısında xüsusi əməliyyat sistemi olan Google Chrome OS-i istifadəyə verəcək.

Şirkət tərəfindən ideyaların ələ keçirilməsi iki səbəblə izah edilir:

1.Apple şirkətinin ideyaları mükəmməldir  
2.Google-in öz şəxsi ideyaları yoxdur 

Analitiklər isə bunu heç də hərfi mənada”şpionluq” kimi qələmə vermirlər.Çünki öz kommersiya sirlərini dəqiqliklə müdafiə edən və hətta inkişaf dövründə belə məhsullara kod adları təqdim edən şirkətdən informasiyanın oğurlanması olduqca problemlidir.     

Buna baxmayaraq Google,həmçinin öz rəqibinin hər bir addımını nüsxələməyə başlayıb. Paralellik iki şirkətin mədəniyyət fərqini əks etdirir.Apple fəaliyyətdədir,Google reaksiya verir.     

Chrome OS əməliyyat sistemi tətbiqi proqramlarla aparat vasitələri arasında əlaqələndirici rolunu oynayan əməliyyat sistemidir.   

Google şirkəti hal-hazırda 30milyondan çox istifadəçisi olan ilk Google Chrome brauzerinin 9 ay bundan öncə istifadəyə vermişdir. 

Tezliklə Google şirkəti Apple şirkətinin OS-X əməliyyat sistemindən istifadə edərək eyni adlı şirkətə qalib gəlmək üçün RS və netbukların əməliyyat sistemini təqdim edəcək. Bu Google tərəfindən Apple biznesinin nüsxələnməsinə ən son nümunədir.           

Google Chrome OS açıq koda malik olaraq x86 arxitekturasındakı prosessorlar və RİSC prosessorları ilə tərkib təşkil edəcək.   

Bu əməliyyat sistemi OC Linux mərkəzində yaradılacaq. Şirkət hesab edir ki,bu layihə mobil vasitələr üçün nəzərdə tutulmuş OC Android şirkətindən asılı olmadan müstəqil fəaliyyət göstərir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə