“Google Chrome OS” bulud əməliyyat sisteminin sonu çatıb

17-12-2010 / 12:27

“Google Chrome OS” bulud əməliyyat sisteminin işlənib hazırlaması üzrə layihə gələcək 12 ay ərzində dayandırılacaq. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə “Gmail” servisinin təşəbbüskarı və əsas tərtibatçısı Pol Bakhayt xəbərdarlıq edib. 2006-cı ildə “Google” şirkətini tərk etmiş Pol Bakhayt özünün “FriendFeed” sosial şəbəkəsi üzərində işləyir. O, “Chrome OS” layihəsinin “Android”lə birləşəcəyini də istisna etmir.

Çox güman ki, belə vəziyyətdə noutbuklarda “Android” platformasının xüsusi versiyası quraşdırılacaq. Pol Bakhayt onu da xatırladıb ki, bu ilin yayında “Google”ni “Chrome” əməliyyat sisteminin baş proqram direktoru Metyu Papakipos tərk edib.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.