Google Play üzərindən qeydiyyatdan keçməklə öz mobil tətbiqlərini hazırlamaq və onun satışını həyata keçirmək imkanı əldə edən ölkələrin siyahısına yeniləri əlavə olunub.
Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, İslandiya, Peru və Yəmənlə yanaşı bu siyahıya Azərbaycan da əlavə olunub. Beləlikə, birbaşa Google Play İnternet mağazasında proqramçıların qeydiyyatdan keçmək və satışını həyata keçirmək imkanı əldə edən ölkələrin sayı 78-ə çatıb.
Maraqlıdır ki, bütün lokal satıcılar üçün ödəniş vasitəsi dollar olacaq. Ödənişlər köçürmə yolu ilə həyata keçiriləcək. Son vaxtlarda manatın qeyri-sabit məzənnəsini nəzərə alsaq bu ödənişin dollar vasitəsilə olması yerli mobil tətbiq hazırlayanlar üçün üstünlük hesab oluna bilər.
Lokal proqramçılar və satıcıların GooglePlay -də qeydiyyat imkanı olan ölkələrin siyahısını buradan əldə etmək olar.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri