“Google” xəstəliklərin erkən diaqnostikası üzrə süni intellekt modeli yaradıb

31-08-2024 / 16:38

“Google” xəstəliklərin erkən diaqnostikası üzrə süni intellekt modeli yaradıb. Şirkətin 300 milyon səs parçası ilə yaratdığı bu model sayəsində vərəm və qrip kimi nəfəs yolları xəstəliklərinin erkən diaqnozu qoyula bilir.

Xeberler.az məlumat verir ki, texnologiya nəhənginin süni intellekt modeli vərəmə yoluxmuş şəxsi müəyyən etmək üçün öskürək, burundan ifraz və nəfəsalmada çətinlik kimi 300 milyon nümunəni yaddaşına həkk edib. Bu erkən diaqnoz həmin insanlara vaxtında müalicə olunmaq imkanı verəcək. Süni intellekt modeli, habelə hər hansı birinin səsindən onun qripə yoluxduğunu müəyyən edə biləcək.

Smart telefonlar vasitəsilə asanlıqla istifadə olunacaq “Google” modeli səhiyyə xidmətlərinin bərbad olduğu ölkələrin vətəndaşları üçün göydəndüşmə olub. Şirkət diaqnostika üzrə süni intellekt modelinin dünyanın müxtəlif yerlərində əlçatan olması məqsədilə Hindistanın “Salcit Technologies” firması ilə əməkdaşlıq edəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə