“Google” tropik siklonların proqnozlaşdırılması üçün yeni süni intellekt modelini istifadəyə verib və bu modeli sınaqdan keçirmək məqsədilə ABŞ-ın Milli Qasırğa Mərkəzi (NHC) ilə əməkdaşlıq edir.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, “Google DeepMind” və “Google Research” bölmələri “Weather Lab” adlı yeni veb-sayt istifadəyə veriblər. Bu platformada şirkətin süni intellekt əsasında hazırladığı hava proqnozu modelləri təqdim olunur. Yeni eksperimental model fırtınaların (müəyyən gücə çatdıqda onlar tayfun və ya qasırğa adlandırılır) trayektoriyası, ölçüsü və intensivliyi ilə bağlı 15 gün əvvəldən 50 fərqli ehtimal ssenarisi yarada bilir. “Google” ilə birgə çalışan NHC bu modelin dəqiqliyini qiymətləndirir.
Bu əməkdaşlıq, Tramp administrasiyası və DOGE tərəfindən ABŞ-ın Milli Hidrometeoroloji Xidmətində aparılan ixtisarlar və federal hava-iqlim tədqiqatlarının məhdudlaşdırılmasından sonra başlayıb. Hazırda digər texnologiya şirkətləri və meteoroloji qurumlar da süni intellektin hava proqnozlarında tətbiq imkanlarını araşdırır. Lakin süni intellekt modelləri ənənəvi fiziki modelləri tam əvəz edə bilmir.
“Google” bu gün tropik siklon modeli ilə bağlı elmi araşdırmanın nəticələrini dərc edib. Şirkət bildirir ki, onun süni intellekt modeli ənənəvi fiziki modellər qədər, bəzən isə daha dəqiq nəticələr verir. Məqsəd NHC-nin proqnoz imkanlarını gücləndirmək və insanlara fırtınalara hazırlaşmaq üçün daha dəqiq və vaxtında xəbərdarlıqlar təqdim etməkdir. “Google”un məlumatına görə, modelin 2023 və 2024-cü illərdə Şimali Atlantik və Sakit okeanın şərqindəki siklonlarla bağlı 5 günlük trayektoriya proqnozları, Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) nəticələri ilə müqayisədə orta hesabla 140 km daha yaxın olub.
“Weather Lab” interaktiv saytında “Google”un süni intellekt modelləri ilə ECMWF-in fiziki modelləri arasında müqayisələrə baxmaq mümkündür. Lakin şirkət bildirir ki, bu platforma hələlik yalnız tədqiqat məqsədlidir və rəsmi proqnoz kimi istifadə olunmamalıdır.
Ənənəvi müşahidə və modellərin yeni texnologiyalarla birlikdə istifadəsi süni intellektin proqnozlaşdırma sahəsində rolunu tamamlayır. Bu texnologiyalar hələlik mövcud sistemləri dəstəkləyir, lakin onları tam əvəz etmir. İqlim dəyişikliklərinə uyğunlaşmaq isə getdikcə daha ekstremal və qeyri-sabit hava hadisələri ilə bağlı məlumatların toplanması və təhlil edilməsindən asılı olacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları