“İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” konfransı keçiriləcək

01-12-2025 / 19:16

Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə dekabrın 8-9-da Bakıda, Heydər Əliyev Mərkəzində “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Xeberler.az məlumat verir ki, ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və Həmdan Bin Rəşid Əl Məktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Məktum tədbirdə iştirak edəcəklər.

Süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süni intellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunacaq.

Konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir.

Tədbirdə ICESCO-ya üzv 10 ölkənin təhsil nazirləri, beynəlxalq ekspertlər, dövlət qurumlarının nümayəndələri daxil olmaqla, ümumilikdə 150-yə yaxın şəxs iştirak edəcək.

Konfrans çərçivəsində təhsil sistemində süni intellektin roluna həsr olunmuş müzakirələr aparılacaq və “ICESCO-ya üzv ölkələr arasında süni intellekt indeksinin tərtib olunması”na dair yekun bəyannamə qəbul ediləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə