“Hökumət buludu”na Keçid Planı üzrə dəyirmi masalar keçirilir

18-03-2021 / 12:34

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “Hökumət buludu”na Keçid Planı üzrə dəyirmi masa görüşləri keçirilir.

Xeberler.az bildirir ki, “AzInTelecom”un təşəbbüsü ilə 2021-ci il ərzində “Hökumət buludu”na keçidi nəzərdə tutulmuş 36 dövlət qurumu ilə dəyirmi masa görüşləri təşkil olunacaq. Görüşlər “Keçid planı” ilə əlaqədar normativ, maliyyə, texniki və digər suallarının cavablandırılması məqsədini daşıyır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” və 2020-ci il 18 avqust tarixli fərmanlarının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli qərarı ilə “Hökumət buludu” (G-cloud) Konsepsiyası” və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilib.

Martın 16-sı və 18-də Müdafiə Sənayesi Nazirliyi və Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüşlər baş tutub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə