“HP”-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olundu

18-01-2012 / 11:27
“HP” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri dəyişib. Şirkətdən verilən xəbərə görə, 2004-cü ildən şirkətin Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən Rüfət Hacıəlibəyovu İnara Quliyeva əvəz edəcək.

İnara Quliyeva vəzifəsinə növbəti həftədən başlayacaq. Onun informasiya texnologiyaları  sahəsində 12 illik təcrübəsi var.

“HP” informasiya texnologiyaları sahəsində dünya üzrə liderdir. “HP” məhsullarından və həllərindən ibarət portfel printerləri, fərdi kompyuterləri, proqram təminatını, İT həlləri və servisləri təqdim edir. Bu isə son istifadəçilərlə yanaşı, şirkətlərə də informasiya texnologiyaları ilə bağlı işləri maksimal asan və rahat görməyə imkan verir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə