Çinin “Huawei” smartfon və telekommunikasiya avadanlıqları istehsalçısı “Əşyaların interneti” üçün əməliyyat sistemi təqdim edib.
Xebreler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, “LiteOS” adlanan yeni sistem müxtəlif elektronikada, o cümlədən daşınan qurğularda, avtomobillərdə, hətta elektrik diş şotkalarında istifadə olunacaq.
Proqram platformanın özəllikləri sırasında onun yüngül olması (istiqamətverici faylın həcmi 10 Kbayt təşkil edir), şəbəkədə qurğuları avtomatik aşkarlaması və ilkin konfiqurasiyanın yaradılmasına ehtiyacın olmaması qeyd olunur.
Şirkətin proqnozuna görə, 10 ildən sonra dünyada internetə qoşulmuş 100 milyard qurğu işləyəcək, qlobal miqyasda hər saatda tətbiq olunan ötürücülərin sayı 2 milyona çatacaq.
Proqram tərtibatçılarının sözlərinə görə, “LiteOS” bütün tərtibatçılar üçün açıq olacaq ki, bu da onlara öz “ağıllı” məhsullarını yaratmağa imkan verəcək.
“Huawei”in qlobal strategiya və marketinq bölməsinin rəhbəri Uilyam Syu bildirib ki, “LiteOS” şirkətin “Əşyaların interneti” bazarının mənimsənilməsi üzrə qlobal strategiyasının tərkib hissəsidir. Bununla yanaşı, istehsalçı yeni məhsulu “Android” və “iOS” mobil əməliyyat sistemlərinə rəqib hesab etmir və buna görə "LiteOS”un smartfonlarda quraşdırılacağını gözləməyə dəyməz.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri