"Hubble" teleskopunun arxivində kosmik anomaliyalar aşkarlanıb

28-01-2026 / 10:24

Astronomlar süni intellektin köməyi ilə "Hubble" kosmik teleskopunun arxiv məlumatlarında 1 300-dən çox nadir astrofiziki obyekt aşkar ediblər.

Xeberler.az NASA-ya istinadən məlumat verir ki, "Hubble Legacy" arxivindən götürülmüş təxminən 100 milyon kiçik görüntünün analizi cəmi iki gün yarım çəkib. Tapılan obyektlərin 800-dən çoxu isə daha əvvəl elmi ədəbiyyatda sənədləşdirilməmişdi.

Aşkar edilən anomaliyalar arasında birləşən və qarşılıqlı təsir göstərən qalaktikalar, qravitasiya linzaları, ulduz yaranması üzrə nəhəng yığınlara malik qalaktikalar, qaz şüaları olan "meduza" formalı qalaktikalar və hamburgeri xatırladan protoplanet diskləri var. Onlarla obyekt isə ümumiyyətlə mövcud təsnifatlara uyğun gəlmir.

Problemin həlli üçün Avropa Kosmik Agentliyinin tədqiqatçıları Devid O"Rayan və Pablo Qomes "AnomalyMatch" adlı neyroşəbəkə hazırlayıblar. O, vizual məlumatların işlənməsi zamanı insan beyninin fəaliyyətini təqlid edərək nadir və qeyri-adi obyektləri tanımağa proqramlaşdırılıb.

Bu qədər böyük həcmli məlumatın ənənəvi əl analizi praktik deyil. Alqoritm ehtimal olunan namizədləri qeyd etdikdən sonra tədqiqatçılar ən perspektivli mənbələri əl ilə yoxlayaraq 1 300-dən çox real anomaliyanı təsdiqləyiblər.

Belə alətlər gələcək müşahidələrin – "Nancy Grace Roman" teleskopu, "Euclid" missiyası və "Vera C. Rubin" – məlumatlarının təhlili üçün əvəzedilməz olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə