Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı arasında Anlaşma Memorandumu imzalanıb.
Xeberler.az bildirir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, memorandumu “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov imzalayıblar.
Tərəflər Anlaşma Memorandumu çərçivəsində qarşılıqlı maraq doğuran sahələrdə səmərəli, davamlı və ikitərəfli əməkdaşlığın qurulmasını əsas məqsəd kimi müəyyən ediblər.
Razılaşmaya əsasən, “ASAN AI Hub” Yüksək Texnologiyalar Parkının bazasında yaradılan “SABAH.city” innovasiya şəhərciyində fəaliyyət göstərəcək və ölkəmizdə süni intellekt ekosisteminin formalaşmasına, dayanıqlı inkişafına xidmət edəcək.
Memorandum tərəflərin birgə fəaliyyətə dair niyyətini ifadə edir və ölkəmizdə innovasiya mühitinin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları