Previous Next
Bağla

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025 16:45
MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

Azərbaycan İnternet Formunun Prezidenti, Ekspert Osman Gündüz MİDA-nın 3 dekabr tarixində keçirilmiş güzəştli mənzillərin onlayn satışı ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.

Xeberler.az bildirir ki, onun sözlərinə görə, satış günü çoxsaylı vətəndaşlar sistemdə ciddi texniki problemlərlə – platformanın ani dayanması, seçim mərhələsinə keçidin mümkünsüzlüyü və digər nasazlıqlarla üzləşiblər. Qeyd olunur ki, müşahidə edilən problemlər əvvəlki satışlarda rast gəlinən texniki çətinliklərdən xeyli fərqlənib.

Diqqətçəkən məqamlardan biri isə satış günü MİDA tərəfindən hər hansı rəsmi açıqlamanın verilməməsi olub. Yalnız dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və MİDA birgə açıqlama yayaraq satış zamanı kiberhücum cəhdlərinin qeydə alındığını, lakin təhlükəsizlik mexanizmləri vasitəsilə onların qarşısının alındığını bildiriblər. Həmin məlumatda ilk mənzil seçiminin satışın 21-ci saniyəsində baş tutduğu da qeyd edilib.

Lakin dekabrın 26-da yayılan növbəti rəsmi açıqlamada DTX və MİDA artıq bu məsələ ilə bağlı konkret cinayət işinin başlandığını elan ediblər. Bildirilib ki, bəzi şəxslər xüsusi proqram təminatı vasitəsilə “Güzəştli mənzil” sisteminin istifadəçi səhifəsinə və mühafizə mexanizmlərinə qanunsuz texniki müdaxilə edərək prosesi manipulyasiya etməyə və ayrı-ayrı vətəndaşlara qanunsuz üstünlük qazandırmağa cəhd göstəriblər.

Osman Gündüz hesab edir ki, bu faktlar bir sıra haqlı suallar yaradır. Onun fikrincə, “ayrı-ayrı vətəndaşlara” üstünlük yaratmaq məqsədilə edilən bu müdaxilələrin digər vətəndaşların hüquqlarının pozulmasına səbəb olub-olmaması, satış zamanı yaranan texniki problemlərin məhz bu kiber müdaxilələrlə bağlı olub-olmaması aydınlaşdırılmalıdır. Əgər bu hallar təsdiqlənərsə, satışın nəticələrinə təsiri və əvvəlki illərdə olduğu kimi nəticələrin ləğv edilib-edilməyəcəyi məsələsi gündəmə gələ bilər.

Ekspert vurğulayıb ki, bu suallara yalnız istintaq prosesləri başa çatdıqdan sonra MİDA, DTX və aidiyyəti qurumlar tərəfindən rəsmi cavab verilə bilər. O, prosesin şəffaf aparılacağına və yaxın zamanda ictimaiyyətə aydın mövqenin təqdim ediləcəyinə ümid etdiyini bildirib.

Osman Gündüzün fikrincə, güzəştli mənzillərin satışı üçün mövcud sistem nə qədər təkmilləşdirilsə və insan amilinin rolu minimuma endirilsə də, gözləntiləri tam doğrultmur və eyni risklər, eyni problemlər təkrar olunur. Daha narahatedici məqam isə bəzi hallarda digər dövlət qurumlarının da bu proseslərə cəlb olunmasının ictimai etimadın zəifləməsi riskini artırmasıdır.

Ekspert hesab edir ki, hökumət və MİDA güzəştli mənzillərin əldə olunması üçün daha ədalətli, inklüziv və ağlabatan alternativ mexanizmlər tətbiq etməlidir. Onun sözlərinə görə, bu istiqamətdə konkret təkliflər artıq MİDA-ya təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: MİDA hansı sürprizləri hazırlayıb ?

Ekspert: MİDA hansı sürprizləri hazırlayıb ?

15-09-2022
MİDA yeni onlayn satış elan edib

MİDA yeni onlayn satış elan edib

16-11-2023
DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025
MİDA-nın onlayn satışına kiber müdaxilə olubmu? - Osman Gündüz

MİDA-nın onlayn satışına kiber müdaxilə olubmu? - Osman Gündüz

03-12-2025
MİDA: Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb

MİDA: Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb

06-12-2024
MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019
Ekspert:MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi ?

Ekspert:MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi ?

12-08-2022
Ekspert: MİDA-nın  bütün  bunlara ağlabatan bir cavab verməsi doğru olardı.

Ekspert: MİDA-nın bütün bunlara ağlabatan bir cavab verməsi doğru olardı.

00-00-0000
MİDA yeni onlayn satış elan edib

MİDA yeni onlayn satış elan edib

14-11-2023
Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018
Ekspert : Güzəştli mənzil seçimində bu şəxslərin şansı sıfıra bərabərdir

Ekspert : Güzəştli mənzil seçimində bu şəxslərin şansı sıfıra bərabərdir

25-01-2019
 Ekspert:"Qanunsuz müdaxilə" ilə bağlı ətraflı məlumat verilməyib

Ekspert:"Qanunsuz müdaxilə" ilə bağlı ətraflı məlumat verilməyib

08-07-2022
Güzəştli mənzillərin satışı başlayacaq

Güzəştli mənzillərin satışı başlayacaq

03-09-2018
Ekspert: Güzəştli mənzillərin onlayn satışı bu dəfə uğurla başa çatdı

Ekspert: Güzəştli mənzillərin onlayn satışı bu dəfə uğurla başa çatdı

29-04-2019
Ekspert : Güzəştli mənzil seçimi bu dəfə uğurla başa çatıb

Ekspert : Güzəştli mənzil seçimi bu dəfə uğurla başa çatıb

25-01-2019
Ekspert:Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?

Ekspert:Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?

15-09-2022
Güzəştli mənzil satışında 28 dəqiqə müəmması

Güzəştli mənzil satışında 28 dəqiqə müəmması

07-09-2018
Mənzillərin onlayn satışı ilə bağlı nəticələr ləğv edilə bilərmi?

Mənzillərin onlayn satışı ilə bağlı nəticələr ləğv edilə bilərmi?

17-05-2018
Ekspert: MİDA-nın onlayn satış sistemi ilə bağlı alternativ üsullara ehtiyac var

Ekspert: MİDA-nın onlayn satış sistemi ilə bağlı alternativ üsullara ehtiyac var

07-12-2024
Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

31-07-2023
“Çökən” sistemə 760 min manat xərclənib

“Çökən” sistemə 760 min manat xərclənib

11-05-2018
MİDA satılmış mənzillərlə bağlı yekun nəticəni açıqlayıb

MİDA satılmış mənzillərlə bağlı yekun nəticəni açıqlayıb

28-09-2022
Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

11-06-2019
Mənzillərin qalmaqallı onlayn satışı ilə bağlı nəticələr ləğv edildi

Mənzillərin qalmaqallı onlayn satışı ilə bağlı nəticələr ləğv edildi

17-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə