Previous Next
Bağla

Qazsız bayram: “Azəriqaz”ın ödəniş sistemi çökdü, məsuliyyət ötürüldü

02-01-2026 17:39
Qazsız bayram: “Azəriqaz”ın ödəniş sistemi çökdü, məsuliyyət ötürüldü

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sosial şəbəkə hesabında “Azəriqaz”ın smart-kart tipli qaz sayğacları ilə bağlı yaranmış ciddi problemlər barədə paylaşım edib.

Xeberler.az bildirir ki, onun sözlərinə görə, artıq iki gündür “Azəriqaz”ın smart-kart tipli qaz sayğaclarının ödəniş sistemi faktiki olaraq çöküb. Vətəndaşlar terminallar və onlayn platformalar vasitəsilə kartlara vəsait yükləməkdə çətinlik çəkdiklərini, balansı sayğaca köçürmək istədikdə isə “kart boşdur” bildirişi ilə qarşılaşdıqlarını qeyd ediblər.

Osman Gündüz bildirib ki, bu vəziyyət problemin kartdan sayğaca ötürülməsində deyil, məhz “Azəriqaz”ın mərkəzi (backend) sistemində olduğunu göstərir. Yəni ödənilmiş vəsait sistem tərəfindən smart-karta yazılmayıb. Ödəniş sistemlərinin sahibləri və terminal operatorları da nasazlığın “Azəriqaz”dan qaynaqlandığını təsdiqləyiblər. Buna baxmayaraq, qurum ilkin mərhələdə məsuliyyəti terminalların üzərinə atmağa çalışıb.

Sonradan “Azəriqaz” rəsmi açıqlama verərək problemin öz sistemlərində yarandığını faktiki olaraq etiraf edib. Bildirilib ki, smart-kart tipli qaz sayğaclarında 31 dekabrda yaranan texniki nasazlıq 1 yanvarda aradan qaldırılsa da, kütləvi müraciətlər zamanı sistem yenidən çöküb.

Ekspert bu açıqlamanı “bəsit və sayğısız” adlandıraraq qeyd edib ki, bu hal “Azəriqaz”da həm idarəetmə, həm də rəqəmsallaşma sahəsində ciddi problemlərin mövcudluğunu göstərir. Onun sözlərinə görə, qış mövsümü, ilin sonu, limitlərin sıfırlanması və müraciətlərin artacağı əvvəlcədən məlum olduğu halda, sistem real yüklə test edilməyib və nəticədə minlərlə insan bayram günlərində qazsız qalıb. Vətəndaşlar ödəniş etsələr də, vəsait kartlara yüklənməyib.

Osman Gündüz xatırladıb ki, hökumət illər əvvəl kommunal xidmətlər üzrə vahid informasiya sisteminin yaradılacağını elan edib, ötən ilin avqustunda isə “Vahid Kommunal Xidmətlər” sisteminin yaradılması ilə bağlı Prezident fərmanı imzalanıb. Lakin təxminən 5 ilə yaxındır bu sistem real olaraq fəaliyyət göstərmir. Ekspertin fikrincə, belə bir sistem mövcud olsaydı, nə bu cür xaos yaranardı, nə də vətəndaşların ödədiyi vəsaitlər risk altında qalardı.

O, həmçinin qeyd edib ki, hər il “Azəriqaz”da oxşar problemlər müxtəlif formalarda təkrarlanır: uzun müddət evdən çıxarkən xəbərdarlıq tələbi, sayğac göstəricilərinin WhatsApp-la göndərilməsi, hətta bir müddət əvvəl mexaniki sayğacların smart sayğaclardan “daha ağıllı” olduğu ilə bağlı iddialar.

Ekspertin fikrincə, problem təkcə texniki nasazlıqda deyil, bütün xidmət zəncirinin — xidmətin təqdim olunmasının, billing sisteminin, məlumatların idarə edilməsinin, sayğacların proqram təminatının və tədarükünün — təbii inhisarçının əlində cəmləşməsindədir.

Osman Gündüz xatırladıb ki, 2024-cü ilin sonunda SOCAR ilə BƏƏ arasında Azərbaycanda süni intellekt əsaslı Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqini nəzərdə tutan 480 milyon dollarlıq müqavilə imzalanıb. Buna baxmayaraq, “Azəriqaz”da bu tip problemlərin davam etməsi ciddi narahatlıq doğurur.

Ekspert vurğulayıb ki, artıq üçüncü gündür davam edən bu problem ictimai əhəmiyyət daşıyan kommunal sahədə idarəetmə və rəqəmsal transformasiya ilə bağlı hələ də çox ciddi boşluqların mövcud olduğunu bir daha göstərib.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azəriqaz": Sayğaclarda yaranmış problemin həlli üzrə işlər aparılır

02-01-2026

"Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

16-01-2023

Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

05-05-2023

Ekspert: "Sayğac fotosu ilə WhatsApp" əməliyyatı nə dərəcədə uğurlu mexanizmdir?

07-01-2022

"Görünən odur ki, Azəriqazda yeni dövr başlayır" - Osman Gündüz

21-07-2025

Bakı və Abşeronda qaz sayğacları dəyişdirilir

26-02-2015

Sayğacın düz, yo0xsa səhv işləməsini Antiinhisar müəyyən edəcək-ŞƏRH

03-08-2023

Vətəndaşlar "Azəriqaz"ın müayinə aktını mygov ilə izləyə biləcəklər

08-12-2025

Yeni qaz sayğacları abonentlərə problemlər yaşatdı

09-01-2019

Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

25-07-2022

Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

06-08-2024

Ekspert: Sayğaclara nəzarət edən vahid informasiya sistemi yaradılmalıdır

02-02-2022

300 mindən çox su sayğacı quraşdırılıb

15-08-2015

Ekspert: Azəriqaz rəsmisinin açıqlaması olduqca absurd səslənir

08-01-2022

Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

16-07-2019

Kommunal xidmət sahələrində perspektiv planlar müzakirə edilib

11-08-2020

“Azəriqaz” və “PashaPay” onlayn xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edəcək

10-10-2024

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019

Su sayğacları üzrə smart-kartları onlayn yükləmək olacaq

03-09-2015

“Qaz abunəçiləri üzrə informasiya ehtiyatı”nın inteqrasiyası müzakirə olunub

29-04-2015

Hesab.az smart-kartların məsafədən yüklənməsini işə salır

08-11-2015

ASAN ödəniş sisteminə növbəti 3 qurum inteqrasiya edilib

03-01-2019

Azəriqaz İB-nin xidmətləri Səyyar ASAN xidmətdə

01-08-2018

Ekspert ağıllı sayğaclarla bağlı açıqlama verdi

10-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə