Previous Next
Bağla

icaze.e-gov.az portalında icazələr necə ləğv edilib? - Ekspertdən açıqlama

06-07-2020 10:52
icaze.e-gov.az portalında icazələr necə ləğv edilib? - Ekspertdən açıqlama
Xeberler.az bildirir ki, ötən gündən etibarən icaze.e-gov.az sistemi vasitəsi ilə Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarına uyğun olmayan icazələrin xeyli hissəsi ləğv edilib.
 
İcazələrin tənzimlənməsi Nazirlər Kabinetinin qərarına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. icaze.e-gov.az portalının idarəetməsi isə ASAN-a məxsusdur.
 
Proses necə həyata keçirilir ?
 
İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin məlumat bazasında olan, əsas fəaliyyət növləri kodlaşdırılan və fəaliyyətinə icazə verilməyən qurumların VÖİN-lərini ASAN-a yönəldir. ASAN isə icaze.e-gov.az Portalın bazasında olan bu VÖİN-lərin icazələrini bir düyməni basmaqla ləğv edir.
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:
 
"Bu qurumlar, ümumiyyətlə yeni icazə üçün sistemə əlavələr edə bilmirlər. İcazələrin ləğvi ilə bağlı hər hansı bildiriş verilmir.
 
İcazələrin ləğvi prosesində qanunvericiliyin tələblərinə əməl olunubmu?
 
Sosial mediadan əldə etdiyim məlumat onu deməyə əsas verir ki bu prosesdə ciddi problemlər var.
 
İqtisadiyyat Nazirliyi və ASAN icazələrin ləğetmə prosesində Nazirlər Kabinetinin qərarına zidd olaraq qüsurlara yol verir:
 
1. İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş qurumların icazəsinin ləğvi ilə bağlı bildirişlər verilməyib və nəticədə cərimələr tətbiq edilib.
 
2. Fəaliyyət kodu üzrə icazənin niyə ləğv olunduğunu aydınlaşdırmaq, yeni icazə müraciətləri üçün çevik və effektiv mexanizmlər nəzərdə tutulmayıb
 
3. İqtisadiyyat Nazirliyi bir neçə fəaliyyət istiqaməti olan qurumların icazəsini müəyyən edərkən birmənalı olaraq fəaliyyətinə icazə verilməyən istiqaməti əsas götürüb və onun icazəsinin ləğvi üçünı VÖİN -ni ASAN-a yönləndirib.
 
Belə olan halda isə qurum qanuni fəaliyyətinə icazə verilən sahə üzrə işlərini davam etdirə bilməyib. İşçiləri cərimələrlə üzləşib.
 
Uzun illər köhnə-əsas istiqamət üzrə fəaliyyət göstərməyən, yeni fəaliyyət istiqaməti üzrə hətta dövlətin güzəştli kreditlərindən istifadə edərək sahibkarlıq fəaliyyəti quranların da icazələrinin ləğvi onu göstərir ki, dövlət qurumlarının informasiya sistemləri arasındakı inteqrasiya indiyədək də baş tutmayıb.
 
Bir sıra vacib, strateji əhəmiyyət kəsb edən qurumların da icazələrinin ləğvi onu göstətir ki, prosesin tənzimlənməsində tələskənliyə yol verilir və düzgün qərarların qəbulu üçün zəruri olan informasiyalar yetərli deyil.
 
4. ASAN və İqtisadiyyat Nazirliyi arasında icazələrlə bağlı məsələlərin tənzimlənməsi üçün hər hansı işçi qrupunun, komissiyanın fəaliyyəti gözə dəymir.
 
Ekspert son olaraq məsələ ilə bağlı bir neçə təklif irəli sürüb:
 
"Düşünürəm ki, İqtisadiyyat Nazirliyi və ASAN icazələrin tənzimlənməsi üçün birgə səylərini gücləndirməlidir.
 
Fikrimcə, ölkəmizdə xüsusi karantin rejimi müddətində qısa zamanda yaradılan ən faydalı rəqəmsal həllərdən biri olan icaze.e-gov.az portalının imkanları genişləndirilməlidir.
 
Problemlərin həlli üçün daha effektiv həllər təqdim olunmalıdır. Ən azı bir fəaliyyət istiqaməti üzrə fəaliyyətinə icazə verilən qurumların icazələri ləğv edilməməlidir.
Portalda qurumların mövcud fəaliyyət istiqamətlərinin seçim imkanları yaradılmalıdır.
 
Dövlət Vergi Xidməti ASAN imza ilə bağlı əlçatımlıq və qiymət məsələsinə yenidən baxmalıdır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İcazələr aktivləşdirilib

07-07-2020

Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq

08-04-2020

Energetika Nazirliyi ASAN Xidmət mərkəzi vasitəsilə 242 icazə verib

26-12-2018

Karantinin uzadılma müddətində icazələr necə tənzimlənəcək ?

19-04-2020

Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

05-08-2020

icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb

03-04-2020

Toylarla bağlı icazə portalı sabahdan aktivləşdiriləcək

25-06-2021

“Asan İmza” sertifikatlarını onlayn yeniləmək mümkündür

18-12-2020

"İcazələrin Alınması və Monitorinqi Sistemi” yenidən aktivləşdirilib

20-06-2020

“icaze.e-gov.az” portalı - Aktivləşdirilib

10-12-2020

Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

02-05-2025

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

Energetika Nazirliyi icazələrlə bağlı “ASAN Xidmət”də fəaliyyətə başlayıb

05-09-2023

Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

17-01-2025

Verilən xüsusi icazələrin sayı açıqlanıb

20-06-2024

Bu ilin aprel-sentyabr aylarında 30 minə yaxın avadanlığa icazə sənədinin verilməsi təmin edilib

17-10-2024

Əmlak Məsələləri Dövlət Xidmətinin portalı ləğv edilir

14-04-2025

e-sosial.az resursunda nə baş verir?

07-04-2020

Osman Gündüz: "Asan imza" yenə çöküb

04-03-2025

Taksi operatorlarının Vergi Xidmətinə ötürülməli olan məlumatlarının siyahısı hazırlanacaq

15-01-2024

ASAN imza problemi davam edir

28-03-2019

Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

16-10-2023

ASAN xidmət-dən daha bir yenilik

16-09-2016

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

09-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə