Previous Next
Bağla

Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

17-01-2025 17:20
Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

2024-cü ilin aprel-dekabr aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 375 hüquqi və fiziki şəxs tərəfindən ixrac (idxal) nəzarətinə düşən 44 416 ədəd müxtəlif markalı və modelli avadanlıqlara xüsusi icazə verilməsi ilə bağlı edilən müraciətlərə baxılması təmin edilib.

Xeberler.az məlumat verir ki, qanunauyğun olaraq həmin müraciətlər üzrə 40 963 ədəd avadanlığın idxalı ilə bağlı xüsusi icazə sənədi verilib.

Eyni zamanda 51 müraciət üzrə 206 ədəd avadanlıq üzrə edilən müraciətlərdə təqdim edilən sənədlər düzgün tərtib olunmadığından düzəliş edilərək yenidən müraciət olunması üçün geri qaytarılıb.

Bununla yanaşı, 3 181 ədəd avadanlıq üzrə icazə tələb olunmadığı üçün bu barədə müraciətçilər məlumatlandırılıb. Həmçinin 66 ədəd avadanlıq üçün edilən müraciətlər qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir.

Qeyd edilən dövrdə hüquqi və fiziki şəxslər tərəfindən 166 müraciət üzrə 2 659 ədəd avadanlığın mülki dövriyyəsinə xüsusi icazələrin alınması, o cümlədən onlara verilmiş icazələrin ləğvi üçün müraciətlər edilib. Onlardan 111 müraciət üzrə 1 782 ədəd avadanlıq üçün edilən müraciətə müsbət cavab verilib, 36 müraciət üzrə 795 ədəd avadanlığın mülki dövriyyəsinə tələb olunan sənədlər düzgün təqdim edilmədiyi üçün düzəliş edilərək yenidən müraciət olunması barədə metodiki yardım edilib.

Bununla yanaşı, 1 müraciət üzrə 8 ədəd avadanlığa icazənin tələb olunmadığı barədə müraciətçiyə məlumat verilib. Eyni zamanda 18 müraciət üzrə 63 ədəd avadanlıq xüsusi icazə verilməsi üçün qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir.

Həmçinin verilmiş icazənin ləğvi üçün edilən müraciətlər üzrə 11 avadanlığın xüsusi
icazəsi ləğv edilib.

Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” sistemi (https://e-permission.icta.az) istifadəyə verilib. Onlayn sistemin tətbiqi müraciətlərin daha sürətli və effektiv cavablandırılmasını mümkün edib.

Həmçinin bu ilin yanvar-dekabr ayları ərzində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə uyğun olaraq 522 müraciət üzrə lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatların uyğunluğu yerində qiymətləndirilib. Nəticədə 510 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün uyğun şərait olduğu müəyyən edilib və həmin müraciətlərə müsbət cavab verilib. Digər 12 müraciətlə bağlı isə müsbət rəy verilməyib.

Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu ilin aprel-sentyabr aylarında 30 minə yaxın avadanlığa icazə sənədinin verilməsi təmin edilib

17-10-2024

Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

02-05-2025

Verilən xüsusi icazələrin sayı açıqlanıb

20-06-2024

Bu ilin 11 ayında 116 min avadanlığın idxalına icazə verilib

09-12-2025

İKTA: 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib

26-01-2026

İKTA: 4 ayda radio avadanlıqları ilə bağlı 350 müraciət daxil olub

05-05-2026

İKTA: 3 ayda radio avadanlıqları üzrə 226 müraciətə baxılıb

15-04-2026

“Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib

11-07-2025

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

Nazirliyə müraciət edənlərin sayı artıb

24-10-2015

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024

Energetika Nazirliyi ASAN Xidmət mərkəzi vasitəsilə 242 icazə verib

26-12-2018

Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

08-10-2024

Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

23-08-2023

Radiotezliklər üzrə Dövlət Komissiyası müraciətləri müsbət cavablandırıb

05-09-2025

Təhsil müəssisələri İKT avadanlığı ilə təmin edilir

05-08-2015

İcazələr aktivləşdirilib

07-07-2020

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025

Məktəblərə yeni İKT avadanlıqlar verilib

18-09-2015

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

25-06-2025

“Lisenziyalar və icazələr” portalı üzərindən 4 mindən çox lisenziya verilib

23-08-2023

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

13-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə