Previous Next
Bağla

Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

02-05-2025 16:22
Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

Cari ilin yanvar-mart aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 42 hüquqi və fiziki şəxs tərəfindən ixrac (idxal) nəzarətinə düşən 11 626 ədəd müxtəlif markalı və modelli avadanlıqlara xüsusi icazə verilməsi ilə bağlı edilən müraciətlərə baxılıb.

Xeberler.az bildirir ki, qanunauyğun olaraq həmin müraciətlər üzrə 8 085 ədəd avadanlığın idxalı ilə bağlı xüsusi icazə sənədinin verilməsi təmin olunub.

Eyni zamanda 6 müraciət üzrə 3 504 ədəd avadanlıq üçün edilən müraciətlərdə təqdim edilən sənədlər düzgün tərtib olunmadığından düzəliş edilərək yenidən müraciət üçün metodiki yardım edilib.

Bununla yanaşı, 36 ədəd avadanlıq üzrə icazə tələb olunmaması barədə müraciətçilər məlumatlandırılıb. Həmçinin 1 ədəd avadanlıq üçün edilən müraciət qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir.

Qeyd olunan dövrdə hüquqi və fiziki şəxslər tərəfindən 454 ədəd avadanlığın mülki dövriyyəsinə xüsusi icazələrin alınması, o cümlədən onlara verilmiş icazələrin ləğvi üçün 58 müraciət edilib. 353 ədəd avadanlıq üçün edilən 43 müraciətə müsbət cavab verilib. 12 müraciət üzrə 84 ədəd avadanlığın mülki dövriyyəsinə tələb olunan sənədlər düzgün təqdim edilmədiyi üçün düzəliş olunaraq yenidən müraciət olunması barədə metodiki yardım edilib.

Bununla yanaşı, 8 ədəd avadanlıq üçün xüsusi icazə verilməsi ilə bağlı edilən 3 müraciət qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir. Həmçinin verilmiş icazənin ləğvi üçün edilən müraciətlər üzrə 9 avadanlığın xüsusi icazəsinin ləğv olunması təmin edilib.

Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti ( https://e-permission.icta.az ) istifadəyə verilib. Elektron xidmətin tətbiqi müraciətlərin daha sürətli və effektiv cavablandırılmasını mümkün edib.

Həmçinin 2025-ci ilin yanvar-mart ayları ərzində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə uyğun olaraq sürətli poçt xidmətinin göstərilməsi üçün 75 müraciət üzrə lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatların uyğunluğunun qiymətləndirilməsi təmin olunub.

Nəticədə 72 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib. Digər 3 müraciətlə bağlı isə müsbət rəy verilməyib.

Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

17-01-2025

Bu ilin aprel-sentyabr aylarında 30 minə yaxın avadanlığa icazə sənədinin verilməsi təmin edilib

17-10-2024

Verilən xüsusi icazələrin sayı açıqlanıb

20-06-2024

Bu ilin 11 ayında 116 min avadanlığın idxalına icazə verilib

09-12-2025

İKTA: 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib

26-01-2026

İKTA: 4 ayda radio avadanlıqları ilə bağlı 350 müraciət daxil olub

05-05-2026

İKTA: 3 ayda radio avadanlıqları üzrə 226 müraciətə baxılıb

15-04-2026

“Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib

11-07-2025

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024

Energetika Nazirliyi ASAN Xidmət mərkəzi vasitəsilə 242 icazə verib

26-12-2018

Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

23-08-2023

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

Nazirliyə müraciət edənlərin sayı artıb

24-10-2015

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

“Lisenziyalar və icazələr” portalı üzərindən 4 mindən çox lisenziya verilib

23-08-2023

Təhsil müəssisələri İKT avadanlığı ilə təmin edilir

05-08-2015

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024

Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

08-10-2024

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

25-06-2025

Məktəblərə yeni İKT avadanlıqlar verilib

18-09-2015

İcazələr aktivləşdirilib

07-07-2020

Radiotezliklər üzrə Dövlət Komissiyası müraciətləri müsbət cavablandırıb

05-09-2025

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025

Azərbaycanda bu il 12 minə yaxın e-imza daşıyıcısı verilib

07-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə