Previous Next
Bağla

İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim edib

26-01-2026 15:00
İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

Xeberler.az bildirir ki, İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitab Azərbaycanda sığorta sektorunun rəqəmsal transformasiyasını sistemli şəkildə təhlil edən ilk fundamental akademik nəşrdir.

Tədbirdə dövlət qurumlarının, akademik ictimaiyyətin və sığorta sektorunun nümayəndələri iştirak ediblər.

İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı bildirib ki, dərs vəsaiti sığorta və texnologiyanın sintezini yalnız texniki yeniliklər kontekstində deyil, strateji idarəetmə, tənzimləmə mühiti və bazar davranışları prizmasından araşdıraraq ölkənin sığorta ekosistemi üçün yeni intellektual çərçivə formalaşdırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxışında dərs vəsaitinin ali təhsil müəssisələrində sığorta işi və maliyyə ixtisasları üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm elmi mənbə olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov çıxışında sığorta sektorunda texnoloji innovasiyaların tənzimləmə mühiti ilə uzlaşdırılmasının vacibliyini vurğulayaraq, “InsurTech” dərs vəsaitinin bu sahədə balanslı və sistemli yanaşmanı əks etdirdiyini bildirib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri, “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova kitabın real sektor təcrübəsinə əsaslanan məzmununun sığorta bazarında çalışan mütəxəssislər üçün praktiki əhəmiyyət daşıdığını qeyd edərək, “İnsurTech” həllərinin müştəri mərkəzli xidmət modellərinin inkişafında rolunu xüsusi vurğulayıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev çıxışında dərs vəsaitinin ölkədə sığorta sahəsində ilk dəfə olaraq “İnsurTech” mövzusunu kompleks şəkildə əhatə etdiyini bildirərək, nəşrin sektorun gələcək inkişafına dair strateji baxış formalaşdırdığını qeyd edib.

İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev isə çıxışında sığorta fəaliyyətində rəqəmsal həllərin, xüsusilə blokçeyn və avtomatlaşdırılmış sistemlərin şəffaflıq və etimad mühitinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Təqdimat mərasimində qeyd olunub ki, “InsurTech” dərs vəsaiti sığorta sektorunda rəqəmsal transformasiyanın elmi əsaslarla öyrənilməsi, beynəlxalq təcrübənin milli kontekstdə tətbiqi və müasir texnoloji yanaşmaların tədris prosesinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Layihənin rəhbəri İİTKM-in Dövlət proqramları şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallıdır.

Dərs vəsaiti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Respublikası Mərkəzi Bankı, eləcə də “PAŞA Həyat Sığorta” ASC, “AzSığorta” ASC, “Xalq Həyat” Sığorta Şirkəti ASC, “PAŞA Sığorta” ASC, “Meqa Sığorta” ASC, İcbari
Sığorta Bürosu, “Doğa Sığorta”, “İnsurtech Hub”, “Allianz Türkiyə” və “Zurich Yaşam ve Emeklilik” kimi təşkilatları təmsil edən 12 müəllif tərəfindən yazılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İİTKM-in yeni “Insurtech” nəşri dərc olunub

08-12-2025

Vüsal Qurbanov: Süni intellekt əsaslı modellər sığorta sektorunun yeni standartları olacaq

28-10-2025

Sığorta sektorunun rəqəmsal transformasiyası müzakirə edilib

21-04-2025

Bakıda "Türk Dövlətləri Insurtech Zirvəsi" keçiriləcək

24-10-2025

"Türk Dövlətləri Insurtech Zirvəsi" keçirilir

28-10-2025

Azərbaycanın teleradio kanalları ilə sığorta sektorunun münasibətləri müzakirə olunub

09-10-2023

İcbari sığorta elektron məlumat mübadiləsinə əsaslanacaq

22-08-2019

Azərbaycanda sığorta haqqında ilk analitik portal fəaliyyətə başlayıb

07-11-2008

ASA: Rəqəmsallaşma sığorta sektorunda yeni imkanlar açıb

14-02-2025

Azərbaycan “Azersky”a görə 15-dən artıq sığorta şirkətindən ödəniş alacaq

05-07-2023

Sığorta müqavilələri internet vasitəsilə bağlanacaq

06-04-2012

«Azal Sığorta» şirkəti veb-saytını yeniləyib

29-12-2010

Golden Pay-in hədiyyə yarışı narazılığa səbəb olub

12-03-2018

PAŞA Sığorta və Hesab.az-dan avtomobil sahiblərinə xoş xəbər!

03-03-2022

Vətəndaşların sığortanı asanlıqla onlayn almaları üçün daha bir addım

02-02-2023

Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSS) rəsmi veb-saytını (www.iic.az) yeni tərtibatda istifadəyə verib

24-12-2008

"Bu il bütün icbari sığortalar elektron müqaviləyə keçiriləcək"

02-05-2023

Azərbaycanda internet vasitəsi ilə sığortalama

08-01-2009

Azərbaycan sığorta sahəsində elektron imzanın tətbiqinə hazırlaşır

08-07-2011

Sığorta bazarında blokçeyn texnologiyalar tətbiq ediləcək

30-11-2022

“Azersky” peykinin yarım milyonluq sığortasını hansı şirkət edəcək?

23-12-2022

Daha bir sığorta şirkəti onlayn satışa başlayıb

02-12-2015

ASAN İnnovativ İnkişaf Mərkəzində “AI Zone” otağı yaradılıb

06-10-2025

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə