İİTKM-in yeni “Insurtech” nəşri dərc olunub

08-12-2025 / 12:41

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə əməkdaşlığı nəticəsində ”InsurTech" adlı dərs vəsaiti nəşr edilib.

Xeberler.az bildirir ki, İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə ərsəyə gələn dərs vəsaitində "İnsurTech" fenomeninin elmi-nəzəri əsasları, tətbiq istiqamətləri və onun qlobal sığorta ekosisteminə təsir mexanizmləri kompleks şəkildə təhlil olunub. Kitabda həm beynəlxalq təcrübə, həm də milli kontekstdə rəqəmsallaşmanın sığorta sektoruna gətirdiyi imkanlar və institusional çağırışlar araşdırılıb.

“İnsurTech" dərs vəsaiti ali təhsil müəssisələrində sığorta işinin təşkili ixtisasları üzrə təhsil alan tələbələr, eləcə də, sığorta sahəsində çalışan mütəxəssislər üçün nəzərdə
tutulub.

Dərs vəsaitinin yazılmasına maliyyə və sığorta sahəsinin aparıcı mütəxəssisləri cəlb olunub. Layihənin rəhbəri və həmmüəlliflərdən biri İİTKM-in Dövlət proqramları şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallıdır. Digər həmmüəlliflər Şəhriyar Həbilov (Azərbaycan Respublikası Mərkəzi Bankı), Ülviyyə Cabbarova (“PAŞA Həyat Sığorta” ASC), Qoşqar Şəkərəliyev (“AzSığorta” ASC), Günay Paşa (“Xalq Həyat” Sığorta Şirkəti ASC), Niyaz İsmayılov (“PAŞA Sığorta” ASC), Uğur İbrahimli (“Meqa Sığorta” ASC), Vüsal Məsiyev (İcbari Sığorta Bürosu) Coşkun Gölpınar (“Doğa Sığorta”), Fatih Acer (“İnsurtech Hub”), Serhat Toptancı (“Allianz Türkiyə”), Atilla Benli (“Zurich Yaşam ve Emeklilik”) müxtəlif fəsillərdə “İnsurTech” konsepsiyasının əsas istiqamətlərini izah ediblər.

“İnsurTech" sığorta sektorunun fəaliyyət mexanizmini rəqəmsal ekosistemə transformasiya edir. KBu yanaşma çərçivəsində süni intellekt riskləri əvvəlcədən təxmin edir, böyük verilənlər (big data) müştəri davranışlarını təhlil edir, blokçeyn etimadı möhkəmləndirir, əşyaların interneti (IoT) isə riskləri real vaxtda izləyir. Bu texnologiyalar bir araya gələrək sığorta şirkətlərini sadəcə kompensasiya mexanizmi rolundan çıxarıb, proaktiv risk idarəetməsi və fərdiləşdirilmiş maliyyə təhlükəsizliyi təmin edən qurumlara çevirir.

Kitabın elektron versiyası ilə tanış olmaq üçün linkə daxil olun.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə