Previous Next
Bağla

İİTKM VİSA İnternational şirkəti ilə görüş keçirib

11-09-2019 14:20
İİTKM VİSA İnternational şirkəti ilə görüş keçirib

Xeberler.az bildirir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azexport portalı və “VİSA İnternational” şirkəti arasında görüş keçirilib. Azexport portalının rəhbəri Zaur Qardaşov, menecer Ayxan Qədəşov şirkətin Qafqaz regionu üzrə meneceri Kristina Dorosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul ediblər.

Azexport portalının rəhbəri Zaur Qardaşov bildirib ki, Azərbaycanda yeni innovasiyaların tətbiqi və rəqəmsal ödənişlərin inkişafı ölkə başçısı tərəfindən şəxsən dəstəklənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “VİSA İnternational” şirkətinin prezidenti Rayan Maklnernini qəbulu zamanı Azərbaycanla VİSA arasında əməkdaşlıq müzakirə olunub. Azərbaycanda yeni istifadəyə verilən “VİSA Token” xidməti məhz bu əməkdaşlığın bariz nümunəsidir.

Z.Qardaşov əlavə edib ki, Azərbaycan yeni və innovativ layihələrin tətbiqində maraqlıdır. Dünyada ilk dəfə olaraq qeyri- rezidentlərə məsafədən bank hesabının açılması xidməti də Azərbaycanda istifadəyə verilməsi də aparılan innovativ islahatlar tədbirlərindəndir.

VİSA-nın nümayəndəsi Kristina Doros Azərbaycanda istifadəyə verilən qeyri – rezidentlərə məsafədən bank hesablarının açılması xidmətinin dünyada bir ilk olduğunu və gələcəkdə bu xidmətin Ukrayna, Gürcüstan, Moldova və digər şərqi və qərbi Avropa ölkələrində İİTKM ilə birgə əməkdaşlıq çərçivəsində tətbiqində maraqlı olduqlarını bildirib.

Xanım K.Doros həmçinin, Azərbaycanda “VİSA Token” xidmətinin istifadəyə verilməsində İİTKM-in göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib, gələcəkdə nağdsız ödənişlərin inkişafı istiqamətində Azexport.az portalı ilə əməkdaşlıqda maraqlı olduqlarını əlavə edib.

Daha sonra Azexport portalının meneceri Ayxan Qədəşov mobil və onlayn ödənişlər sistemində kredit kartlarından istifadə təhlükəsizliyini artırmaq üçün Azərbaycanda yeni təqdim olunan Visa Token xidməti barədə danışıb. O əlavə edib ki, perspektivdə bu texnologiya plastik kartlarla yanaşı mobil telefon, saat, üzük, bilərzik və digər qurğu və ləvazimatlarla ödəniş etməyə imkan verəcək və Apple Pay, Samsung Pay, Google Pay kimi ödəniş vasitələrinin Azərbaycanda tətbiqinə şərait yaradacaq.

Müzakirə zamanı VİSA İnternational” şirkətinin Qafqaz və Şərqi Avropa regionun dövlət qurumları ilə iş üzrə meneceri Svyatoslav Senyuta Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün yeni müasir audentifikasiya üsullarının tətbiqinə dair yeni təkliflər təqdim edib və yeni texnologiyaların Azərbaycanda istifadəyə verilməsi üzrə əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşün yekununda tərəflər arasında Azərbaycanda nağdsız ödənişlərin inkişaf etdirilməsi məqsədi ilə islahat tədbirlərinin davam etdirilməsi, həmçinin, aparılan islahatların əhali arasında kommunikasiyasının təşkili, o cümlədən maliyyə savadlılığının artırılmasına yönəlik uzunmüddətli proqramın həyata keçirilməsinə dair razılıq əldə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Visa Token xidməti istifadəyə veriləcək

Visa Token xidməti istifadəyə veriləcək

09-09-2019
Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyətini qəbul edib

18-04-2019
Azexport portalı Rəqəmsal ödənişlərin inkişafı mövzusunda təlim keçirib

Azexport portalı Rəqəmsal ödənişlərin inkişafı mövzusunda təlim keçirib

13-02-2019
Kristina Doros: Azərbaycan Visa üçün strateji bazarlardan biridir

Kristina Doros: Azərbaycan Visa üçün strateji bazarlardan biridir

13-06-2023
Kristina Doros: Azərbaycan Visa üçün strateji bazarlardan biridir

Kristina Doros: Azərbaycan Visa üçün strateji bazarlardan biridir

13-06-2023
Azexport portalı VISA İnternational şirkəti ilə əməkdaşlığa başlayıb

Azexport portalı VISA İnternational şirkəti ilə əməkdaşlığa başlayıb

07-11-2018
Apple Pay və Google Pay-in tətbiqi üçün infrastruktur yaradılır

Apple Pay və Google Pay-in tətbiqi üçün infrastruktur yaradılır

10-09-2019
Azexport portalı Pay Ring rəqəmsal ödəniş sisteminin icrasına başlayıb

Azexport portalı Pay Ring rəqəmsal ödəniş sisteminin icrasına başlayıb

16-01-2020
Rəqəmsal ödənişlər sahəsində Qafqazda ilk forum keçirilib

Rəqəmsal ödənişlər sahəsində Qafqazda ilk forum keçirilib

10-02-2020
Visa: Azərbaycan bizim üçün rəqəmsal ödəniş üzrə strateji bazardır

Visa: Azərbaycan bizim üçün rəqəmsal ödəniş üzrə strateji bazardır

24-06-2025
“Visa” Azərbaycanı rəqəmsal emissiyaya hazırlayacaq

“Visa” Azərbaycanı rəqəmsal emissiyaya hazırlayacaq

18-11-2020
Visa Azərbaycan üzrə yeni direktor təyin edib

Visa Azərbaycan üzrə yeni direktor təyin edib

05-07-2019
Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019
Azexport Amazonla Qazan təlimini davam etdirir

Azexport Amazonla Qazan təlimini davam etdirir

19-02-2019
"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

13-06-2023
Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019
Azərbaycanın ticarət şəbəkəsində nağdsız ödənişlər üzrə dövriyyə artıb

Azərbaycanın ticarət şəbəkəsində nağdsız ödənişlər üzrə dövriyyə artıb

04-06-2015
Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017
İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021
“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

19-05-2026
Dünya Ticarət Mərkəzləri Assosiasiyası və Azexport arasında memorandum imzalandı

Dünya Ticarət Mərkəzləri Assosiasiyası və Azexport arasında memorandum imzalandı

22-10-2018
Argentina şirkətləri Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək

Argentina şirkətləri Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək

30-11-2020
“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026
Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə